Danimarka kinematoqrafiyası — Dan dilində 1897-ci ildən etibarən istehsal olunan və 1980-ci illərdən bəri müntəzəm olaraq yeni filmlər istifadəyə verən və əsasən Danimarka Kino İnstitutu (Det Danske Filmstitut) tərəfindən çəkilən filmləri təsvir etmək üçün istifadə olunan termindir.[1] Danimarka kinematoqrafiyasında məzmun baxımından realizm, cinsi açıqlıq, dini və əxlaqi məsələlər kimi mövzulardan bəhs edilir.[2][3]
Danimarka kinosunun ən məşhur rejissorları arasında Benjamin Kristensen, Karl Teodor Dreyer, Erik Ballinq, Qabriel Aksel, Bill Avqust, Lars fon Trier, Anders Tomas Censen, Tomas Vinterberq, Suzanna Bayr və Nikolas Vindinq Refn kimi məşhur adlar vardır.[4][5]