Danninq-Krüger effekti — ixtisas səviyyəsi aşağı olan insanların səhv nəticələr çıxarması, səhv qərarlar qəbul etməsi və eyni zamanda ixtisas səviyyəsinin aşağı olması səbəbindən səhvlərini dərk edə bilməməsini nəzərdə tutan metakoqnitiv təhrifdir[2]. Nəticədə bu onların öz bacarıqları haqqında şişirdilmiş təsəvvürə gəlmələrinə səbəb olur. Onlardan fərqli olaraq, yüksək ixtisaslı insanlar, əksinə, öz bacarıqlarını kiçiltməyə meyillidirlər — öz güclərinə inamsızlıqdan əziyyət çəkirlər və digər insanları daha ixtisaslı hesab edirlər. Eyni zamanda, qabiliyyətlərinin digər insanlar tərəfindən də eyni şəkildə aşağı qiymətləndirildiyini düşünürlər. Beləliklə, az səriştəli insanlar öz qabiliyyətləri barədə daha yüksək, yüksək səriştələrə sahib olanlar isə daha aşağı qiymətləndirmə aparırlar.
Bu fenomenin mövcudluğu barədə fərziyyə 1999-cu ildə Castin Krüger və Devid Danninq tərəfindən irəli sürülüb və Çarlz Darvinin "Əminlik bilikdən çox cəhalətdən yaranır"[3] və Bertran Rasselin "Dövrümüzün xoşagəlməz xüsusiyyətlərindən biri odur ki, özünə arxayın olanlar axmaqdır, az da olsa təxəyyülü və anlayışı olanlar isə şübhə və qərarsızlıqla doludur."[4].
Fərziyyəni yoxlamaq üçün Krüger və Danninq Kornell Universitetinin psixologiya kursunun tələbələrinin iştirakı ilə bir sıra eksperimentlər keçirmişdilər.
Fərziyyəyə görə az səriştəli insanlar aşağıdakı ilə xarakterizə olunur:
Fərziyyəni təsdiq edən eksperimentin nəticələri 1999-cu ilin dekabrında "Şəxsiyyət və sosial psixologiya" jurnalında dərc olunmuşdur[2]
Bu araşdırmaya görə 2000-ci ildə müəlliflərə Şnobel mükafatı təqdim olunmuşdur[5].
Oxşar araşdırmaların nəticələri 2003-cü[6] və 2008-ci[4] ildə dərc olunmuşdur.