Dariuş Pirniakan

Dariuş Pirniakan
Ümumi məlumatlar
Doğum tarixi 1955
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Musiqi aləti tar
Təhsili
daryushpirniakan.com

Dariuş Pirniakan (fars. داریوش پیرنیاکان‎; 1955, Hadişəhr, Şərqi Azərbaycan ostanı) — Azərbaycan əsilli İran musiqiçisi, tarzəni, setar ifaçısı və musiqi tədqiqatçısı.[1]

Dariuş Pirniakan 1955-ci ildə İranın Şərqi Azərbaycan ostanının Hadişəhr bölgəsində anadan olmuşdur.

Musiqi təhsili

[redaktə | mənbəni redaktə et]

Dariuş Pirniakan klassik İran musiqisi üzrə ixtisaslaşmış bəstəkarmusiqiçidir. O, tarsetar musiqi alətlərində ifa etməyi Məhəmməd Həsən Ozaridən, Əliəkbər Şahanzidən, Dr. Dariuş Səfvətdən, Yusif Forutandan, Səid Hürmüzidən və Mahmud Kərimidən öyrənmişdir. O, Əliəkbər Şahnazinin yanında tələbə olarkən Mirzə Hüseynquludan rədifdə ifa etməyi də öyrənmişdir.

Tehran Universitetinin İncəsənət fakültəsini bitirmişdir.

Universiteti bitirdikdən sonra Dariuş Pirniakan İran Klassik Musiqisini Qoruma və Təbliği Mərkəzində çalışmağa başlamışdır. 1979-cu ildən etibarən uzun müddət Qremmi mükafatı namizədi, maestro Məhəmməd Rza Şəcərianla birlikdə çalışmışdır. Onlar birlikdə İranda, ABŞ-də, Kanadada, Böyük Britaniyada, Fransada, İsveçrədə, İsveçdə, Norveçdə, Danimarkada, Niderlandda, İtaliyadaBƏƏ-də 220-dən çox konsert vermişdirlər. O, həmçinin pərviz Meşkatianın rəhbərlik etdiyi Aref Ansamlında da fəaliyyət göstərmişdir.

O, həmçinin Tehran universitetinin Dramatik İncəsənət fakültəsinin dekan müavini və professoru, İran Musiqi Evinin isə nümayəndəsidir. Dariuş Şahanzi Ansamblının yaradıcısıdır və müğənni Həmid Rza Nurbaxşla uzun müddət birgə çalımşışdır.[2]

  • "Aseman-e Eşq" (tarda, müşayiət edən: Məhəmməd Rza Şəcərian
  • "Sərv-e Çəmən",(setarda, müşayiət edən: Məhəmməd Rza Şəcərian
  • "Pəyam-e Nasim", (tarda, müşayiət edən: Məhəmməd Rza Şəcərian
  • "Del-e Məcnun", (setarda, müşayiət edən: Məhəmməd Rza Şəcərian
  • "Yad-e Əyyam", (tarda, müşayiət edən: Məhəmməd Rza Şəcərian
  • "Rosva-ye Del", (tarda, müşayiət edən: Məhəmməd Rza Şəcərian
  • "Aram-e Can", (tarda, müşayiət edən: Məhəmməd Rza Şəcərian
  • "Jan-e Uşşağ", (tarda, müşayiət edən: Məhəmməd Rza Şəcərian
  • "Mahur and Segah", (tarda, həsr olunub: Ustad Şahnazininin xatirəsinə
  • "Şur Dəşt", (tarda, müşayiət edən: Sadiq Tarif
  • "Sokhan-e Tazeh", (müşayiət edən: şəhram Naziri
  • "Aseman", (müşayiət edən: Həmid Rza Nurbaxş və Şahnazi ansamblı)
  1. "ePersia: Biography of Dariush Pirniakan". 2019-07-01 tarixində orijinalından arxivləşdirilib.
  2. "Biography of Dariush Pirniakan". Hamshahri Online Newspaper. 1 iyul 2019 tarixində arxivləşdirilib.