Dassault Mirage IV

Dassault Mirage IV
Tipi Strateji bombardmançı təyyarə, bombardmançı
Hazırlayan Dassault Aviation
İstehsalçı Dassault Aviation
İlk uçuş 17 iyun 1959
İstismara verilmə tarixi 1 oktyabr 1964
İstimarının bitmə tarixi 1996, 2005 (bombardmançı modelləri)
İstismarçılar
İstehsal ili 1963-1968
Buraxılış sayı 66
Baza modeli Dassault Mirage III
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dassault Mirage IV, Fransa istehsalı olan səsdən sürətli reaktiv mühərrikli strateji bombardmançıkəşfiyyat təyyarəsidir. Bu hərbi təyyarə Soyuq müharibə boyunca Fransanın nüvə silahlarının qarşısının alınması proqramının əsas tərkib hissəsi olmuşdur.

Fransa Hərbi Hava Qüvvələrinə məxsus Mirage IVP təyyarəsi sərgi nümayiş etdirilərkən

Mirage IV, Fransa hökumətinin zərbə qüvvəsi yaratmaq qərarı ilə hazırlanmış bir hücum bombardmançı təyyarədir. Bu təyyarənin baza modeli olaraq Mirage III təyyarəsi götürülmüşdür. Başlanğıcda Pratt & Whitney J-75-B turbojet mühərrikləri seçilsə də, daha sonra qərar Mirage III-ün mühərriki olan Fransa istehsalı SNECMA ATAR 9K-ya dəyişdirilmişdir.

Mirage IV-in ilk prototipi 1958-ci ilin iyununda uçdu. Bunu daha üç prototip izlədi. Dalınca isə FAF sifarişi bunu izlədi və ilk 62 Mirage IV-nin çatdırılması 1964-cü ildə başladı. Hər bir təyyarədə Thompson CSF DRAA-8A radarı və qismən gövdənin altına yerləşdirilmiş bir AN-22 nüvə bombası var idi.

Xüsusiyyətləri (Mirage IVA)

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 2
  • Mühərrik: 2 x SNECMA Atar 9K
  • İtələmə qüvvəsi: 68.6 kN
  • Qanad uzunluğu: 11.85 m
  • Uzunluq: 23.49 m
  • Hündürlük: 5.4 m
  • Qanad sahəsi: 78.0 m²
  • Qalxma kütləsi: 33475 kq
  • Boş kütləsi: 14500 kq
  • Maksimum sürəti: 2340 km/s
  • Kreyser sürəti: 1966 km/s
  • Xidməti tavan: 20,000 m
  • Maksimum yanacaqla mənzili: 4000 km
  • Maksimum yüklə mənzili: 2480 km
  • Silah təchizatı: 1 x AN-22 60 kt nüvə silahı və ya 7260 kq bombalar