Dauqavpils | |||||
---|---|---|---|---|---|
Daugavpils | |||||
|
|||||
55°52′17″ şm. e. 26°30′58″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1275 | ||||
Sahəsi | |||||
Mərkəzin hündürlüyü | 105 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | 95 467 nəfər (2016) | ||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 5401–5465 | ||||
Digər | |||||
daugavpils.lv | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Dauqavpils (latış. Daugavpils) — Latviyanın əhaliyə görə ikinci şəhəri, əhalisi — 101 min nəfərdir (2012). Tarixdə ilk dəfə 1275-ci ildə qeyd olunmuşdur.
Əsası 1275-ci ildə Livoniya ordeni tərəfindən Dinaburq qalası kimi qoyulmuşdur. 1277, 1313, 1396, 1403-cü illərdə qala Litva knyazları, 1481-ci ildə isə Moskva knyazı III İvan tərəfindən dağıdılmış, lakin yenidən bərpa edilmişdir. 1577-ci ildə, Livoniya müharibəsi (1558–83) zamanı rus qoşunları tərəfindən xarabalığa çevrilmiş, IV İvan Qroznının əmri ilə Dauqava çayı sahilində, 19-cu km aralıda yenidən ikilmişdir. Dinaburq qalası uğrunda Rus dövləti, Reç Pospolita və İsveç mübarizə aparırdılar. Pospolitanın tərkibinə qatılmış və şəhər statusunu almış, 1600-cü ildə İsveçin hakimiyyəti altına keçmiş, 1656-cı ildə Rus torpaqlarına qatıldıqdan sonra Borisoqlebov adlandırılmışdır. Andrusovo barışığına (1667) görə yenidən Reç Pospolitanın tərkibinə daxil olmuş, əvvəlki adı bərpa edilmişdir. Reç Pospolitanın birinci bölüşdürülməsindən (1772) sonra Rusiya ərazisinə qatılmışdır. 1772–76-cl illərdə Pskov quberniyasının, 1776–96-cı illərdə Polotsk quberniyasının, 1796–1802-ci illərdə Belorusiya quberniyasının, 1802–1920-ci illərdə Vitebsk quberniyasının qəza şəhəri olmuşdur.
18-ci əsrin son rübü – 19-cu əsrdə Rusiyanın qərbində mühüm qala (1810-cu ildən yenidən tikilmişdir) və ticarət mərkəzi idi. 19-cu əsrin ortalarında iri dəmiryol qovşağına çevrilmişdi.
1893–1920-ci illərdə Dvinsk adlanırdı. Birinci Dünya müharibəsi illərində cəbhə xətti Dvinskdən keçirdi. 1917-ci ilin noyabrında Dvinskdə sovet hakimiyyəti qurulmuş, 1918-ci ilin fevral–dekabr aylarında isə şəhər alman qoşunları tərəfindən tutulmuşdu. 1918-ci ilin dekabrından 1920-ci ilin yanvarınadək Latviya SSR tərkibində olmuş, 1920-ci ilin yanvarında Polşa qoşunları tərəfindən işğal edilmişdi. Riqa sülh müqaviləsinə (1920) görə Latviyanın tərkibinə qatılmışdır. 1920-ci ildən indiki adını daşıyır. Böyük Vətən müharibəsi (1941–45) zamanı alman qoşunlarının nəzarətində (1941–44) olmuşdur. Sovet Ordusunun Rejitsa-Dvinsk və Şaulyay əməliyyatları zamanı almanlardan azad edilmişdir. Şəhərin mərkəzi hissəsi və küçələri 19-cu əsrin əvvəllərində formalaşmışdır; qırmızı kərpicdən inşa edilmiş və latqal barok kosu adlanan evlər seçilir. İnşasına 1810-cu ildən başlanılan klassisizm üslubunda qala ansamblı, inzibati binalar ansamblı (1828–30), katolik kilsəsi (1848–49), Birlik Evi mədəni mərkəzinin binası (1937) saxlanılmışdır. 19-cu əsrin sonları – 20-ci əsrin əvvəllərində təpə üzərində bir sıra kilsə tikilmişdir.
Dauqavpils rayonunun inzibati mərkəzidir. Litva (25 km) və Belarus (35 km) ilə sərhədin yaxınlığındadır. Dauqava çayı sahilində gəmi dayanacağı və mühüm avtomobil və dəmiryolları qovşağıdır.
Dauqava çayı boyunca damba (1841; uz. təqr. 6 km.) şəhərin görməli yerlərindəndir. Müasir binalar: Buz sarayı (1999), Aleksandr Nevski sovməəsi
(2004) və s. Şəhərdə M. Rotko (Dauqavpilsdə doğulmuşdur) adlı beynəlxalq plenerlər (rəssamların sessiyaları) keçirilir. Pedaqoji Universiteti (1923; indiki statusu ilə 1993-cü ildən), Riqa texniki unievrsitetinin filialı və s. fəaliyyət göstərir. Diyarşünaslıq və rəssamlıq muzeyi (1938), teatr (1850-ci illərin ortalarında ilk rus truppası əsasında yaradılmış, 1963-cü ildə bağlanmış, 1987-ci ildə yenidən işə başlamışdır; dram və musiqili tamaşalar latış və rus dillərində qoyulur), Y. Raynisin ev-muzeyi (Berkeneldə), açıq səma altında etnoqrafiya muzeyi (Slutişki kəndində), Platter-Ziberq qraflarının Bebren qəsri (19-cu əsrin sonları, memar Y. L. Mar koni), Çervonka malikanəsi (1870-ci illər) Dauqavpils yaxınlığında yerləşir.
Dauqavpils ölkənin sənaye mərkəzlərindən biridir. Süni lif, elektrik alətləri, tikinti materialları, corab məmulatları və s. istehsal olunur. İntiqal qayışı zavodu, yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir. Teplovoz və vaqonlar təmir edilir.