Dauriya rododendronu

Dauriya rododendronu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dauriya rododendronu (lat. Rhododendron dauricum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Təbiətdə Şərqi Sibir, Uzaq Şərq, Monqolustanın şimal-şərq hissəsində və Şimali-Şərqi Çində rast gəlinir.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 0,5-2,0 m, budaqları yuxarı istiqamətlənmiş, çoxbudaqlı, yarpağıtökülən koldur. Cavan zoğları qısa tükcüklü, qonur vəzicikli, xırda yarpaqlarla sıx örtülmüşdür, uzunluğu 5 sm, eni 2 sm-ə qədər, bəzən küt, ucu oyuqlu, bəzən isə biz, üstü parlaq yaşıldır. Yarpaqlarının uzunluğu 1,2-3,3 sm, eni 0,8-1,1 sm olub, ellipsvari və ya uzunsov-yumurtavarıdır. Payızda cavan yarpaqları tünd, burulmuş, xırda, alt tərəfində açıq-yaşıl, vəziciklərlə sıx örtülmüş olur, sonradan əksəriyyəti tökülür. Yarpaqlar açılana qədər çiçəkləyir. Çiçək saplağının uzunluğu 3-5 mm-dir. Kasacığı çox kiçikdir. Çiçək tacı açıq-çəhrayı, bənövşəyi çalarlı, bəzən ağ, uzunluğu 1,4-2,2 sm, diametri 2,2-4,0 sm, qıfvari-zəngvari 2/3 hissəsi uzunsov-yumurtavari və ya ellipsvari dilimlərə böıünmüşdür, üstdən tükcüklüdür. Erkəkcikləri 10 ədəd, bünövrəsində saplaqları tükcüklü, bənövşəyi-çəhrayıdır. Yumurtalığı qabıqlıdır. Sütuncuğu çılpaq, erkəkciklərdən uzun, al-qırmızıdır. Qutucuğu uzunsov-yumurtavari, uzunluğu 0,8-1,2 sm, saplağının uzunluğu 0,3-0,7 sm-dir. Təbii şəraitdə aprelin axırında-iyunda çiçəkləyir.

Sərt qışda çiçək tumurcuqları donur. Əsasən çınqıllı torpaqda və qayalarda bitir. İsti havada, hətta qışda çiçəkləmə müşahidə edilir.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Mədəni şəraitdə Samux və Gəncədə rast gəlinir.

Dekorativ və dərman bitkisi kimi istifadə olunur.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 392.