Daxili xəstəliklər (ing. Internal medicine[1]; rus. Внутренние болезни [2][3][4]) — tibb elminin bir sahəsi olub daxili orqanların xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olur.
Daxili xəstəliklər bölməsi üst və alt tənəffüs yolu xəstəlikləri, hipertenziya, şəkərli diabet, tiroid xəstəlikləri, xolesterol və triqliserid yüksəklikləri, həzm sistemi xəstəlikləri (qastrit, xora, reflyüks və s.), qaraciyər və öd kisəsi xəstəlikləri, ağciyər xəstəlikləri (xroniki bronxit, emfizema, astma və s.), böyrək xəstəlikləri, anemiya və digər qan xəstəliklərinin müalicə və diaqnostikası, müxtəlif xərçəng xəstəliklərinin vaxtında diaqnostikası, revmatizmal xəstəliklər, əzələ və skelet sistemi xəstəliklərini əhatə edir.