Daxili İşlər Nazirliyi ( fars.وزارت کشور, Vezârat-e Keshvar ) İran İslam Respublikasının seçkilərini keçirmək, onlara nəzarət etmək,hesabat vermək, asayişi təmin etmək və daxili işlər nazirliyi ilə bağlı digər vəzifələrə cavabdeh qurumdur.
Daxili təhlükəsizliyi təmin etmək və qorumaq, ölkə daxilində sülh və asayişin bərqərar olması və onun təmantı, kəşfiyyat, intizam və hərbi orqanlar arasında koordinasiya və sərhədlərin mühafizəsi
Polis işlərinin idarə edilməsi
Ölkənin konstitusiyasına və digər qanunlara uyğun olaraq siyasi və sosial azadlıqlara nail olmaq və inkişaf etdirmək, davamlı siyasi və sosial inkişafı təmin etmək və ictimai iştirakçılığın təşviqi üçün səy göstərmək.
İctimai iştiraklar vasitəsilə İranın MN nailiyyətlərini qorumaq və qoruması üçün çalışmaq.
Siyasi və qeyri-hökumət partiyalarının və birliklərinin müvafiq praktikasına şərait yaratmaq və onların fəaliyyətinə nəzarət etmək
İslam şuralarına rəhbərlik etmək,dəstəkləmək və onların fəaliyyətinə nəzarət etmək
Milli bölmələrdə arzu olunan nizam-intizam yaratmaq
Ümumi siyasətləri və hökumət planlarını yerinə yetirmək üçün əyalət generallarını əlaqələndirmək və rəhbərlik etmək
Xarici vətəndaşlar və mühacirlər ilə bağlı siyasət aparmaq, onlara rəhbərlik etmək və onlara nəzarət etmək
Sosial, iqtisadi və inkişaf planlarında irəliləyiş əldə etmək üçün hökumətin ümumi siyasətini həyata keçirmək
Seçki işlərini planlaşdırmaq
Kənd və şəhərsalma işlərinin inkişafı və bələdiyyələrin və kənd rayonlarının rəhbərlərinə texniki-icra rəhbərliyi,dəstəyini və onların qayda və qaydalarının icrasına nəzarəti əlaqələndirmək;
Təbii fəlakətlər və gözlənilməz qəzalar nəticəsində yaranan böhranları planlaşdırmaq və aradan qaldırmaq
İran vətəndaşlarının şəxsiyyətinii müəyyən etmək
General-qubernatorlar, qubernatorlar, rayon qubernatorları və kənd mahal müdirləri tərəfindən ölkə daxilində bölgələrin işlərinə nəzarət etmək və idarə etmək [1]
1979-cu ildən hazırkı zamana qədər daxili işlər nazirləri