Dağlıq Bədəxşan Muxtar Vilayəti

Dağlıq Bədəxşan Muxtar Vilayəti
Вилояти Мухтори Кӯҳистони Бадахшон

38° şm. e. 73° ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Xoroq
Tarixi və coğrafiyası
Yaradılıb 2 yanvar 1925
Sahəsi
  • 64.100 km²
Hündürlük
7.496 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 230.100 nəf. (2022)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu TJ-GB
Telefon kodu 3522
Poçt indeksi 736000
Avtomobil nömrəsi 04РТ
Dağlıq Bədəxşan Muxtar Vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağlıq Bədəxşan Muxtar Vilayəti (tac. Вилояти Мухтори Кӯҳистони Бадахшон) — Tacikistan Respublikası ərazisində yerləşən muxtar vilayət.

15 avqust 1923-cü ildə Pamirdə Sovet hakimiyyəti bərqarar olduqdan sonra Türkistan Muxtar Sovet Sosialist Respublikası, Fərqanə vilayətinin tərkibinə Pamir Pamir dairəsi daxil edilir. 1925-ci ilin 2 yanvar tarixində SSRİ MİK Tacikistan Muxtar Sovet Sosialist Respublikası tərkibində Dağlıq Bədəxşan Muxtar Vilayətini təsis edir. 1929-cu ilin 16 oktyabrında Tacikistan SSR adı ilə SSRİ tərkibinə daxil edilir. 5 dekabr 1936-cı ildə adı Dağlıq Bədəxşan Muxtar Vilayəti olaraq dəyişdirilir. 4 avqust 1967-ci ildə təsərrüfat və mədəniyyət sahəsində tikintilərdə uğurlarına görə Lelin ordeni, 1972-ci ildə isə Xalqlar dostluğu ordeninə layiq görülmüşdür.

DBMV şimaldan Qırğızıstan, şərqdən Çin, cənub və qərbdən Əfqanıstanla sərhədə malikdir. Vilayətin ərazisi 64 100 km² (Tacikistan ərazisinin 44,9 %) təşkil edir.

Vilayətin inzibati mərkəzi Xoroq şəhəridir. Şəhərdə ümumilikdə 28,9 min nəfər yaşayır. Xoroqdan Düşənbəyə olan məsafə 527 km təşkil edir.

DBMV ərazisinin böyük hissəsi dağlıq ərazilərdən ibarətdir. Xüsusi ilə Şərqi Pamir ərazisini əhatə edir. Burada ən hündür nöqtə İsmoila Somoni pikidir. Əvvəllər zirvə Kommunizm piki adlanırdı (7495 m) Bəzən isə ona "Dünyanın damı" ifadəsini işlədirlər.

Pamir və Bədəxşanın DBMV ərazisinə düşən hissəsində ilk insanların izləri daş dövrünə təsadüf edir. Tunc dövrünün sonları əraziyə böyük sayda qədimhinq tayfaları köç edirlər. Sonradan bölgəyə irandili xalqlar gəlir. Asilmyasiya nəyicəsində irandillilər üstün mövqe tuturlar.

B.e.ə VII–II əsrlərdə Bədəxşana qədim yazılı mənbələrdı saklar olaraq adlandırılan tayfalar gəlir. Onlarla "Şuqnan" termini bağlıdır. Belə ki, bu tərcümədə "Sakların ölkəsi" anlamını daşıyır. İşkaşin adlı DBMV rayon vardır. T. N. Paxalinin fikrinə görə bu ad hindari dilləriilə əlaqəlidir və sözün birinci hissəsi *sakā-kšam-dir. Məna ifadəsi ya ölkənin adı ya da sakların adı ilə bağlı bir sözdür. Sözün ikinci hissəsi isə *kšm-dir ki buda "yer", "ölkə" məsını verir. İki söz birlikdə isə Saklar ölkəsi mənasını ifadə edir[2].

Tan imperiyası

[redaktə | mənbəni redaktə et]

VII əsrin əvvəllərində Pamir və Bədəxşan çinli Tan imperiyasının təsir dairəsinə düşür. Şuqnan adı çin mənbələrində belə qeyd edilir. Çin mənbələrində Şinsin, Şisini, Şeni, Şini, Şikini kimi göstərilir.

Bədəxşan VIII əsrdə ərəblərin əlinə keçir. IX əsrdən isə Samanilər ərazini nəzarətdə saxlayırdı. XI–XII əsrlərdə bölgə qəznəvilərin ərazisinə çevrilmişdir. XI əsrdə artıq ıhalinin böyük qismi islamı qəbul etmişdi. XIII ərdə Bədəxşan Monqol imperiyasının ərazisinə çevrilmişdir. XIV–XV əsrlərdə budəfəki nəzarət Teymurilərin əlinə keçmişdi. Artıq XVI əsrin əvvəllərində bölgəni Moğollar idarə edirdi. Hənin əsrin sonraları hakimiyyət Şeybanilərin əlində idi.

1599-cu ildə Bədəxşanı Aştarxanlılar işğal edirlər. 1691-92-ci illərdə Bədəxşan və Şunqan rayonları tamamən onların əlinə keçir. XVIII əsrin sonları əfqan imperiyasının hökmdarları Bədəxşanı ələ keçirməyə ilk cəhdlərini edirlər.

Rusiya dönəmi

[redaktə | mənbəni redaktə et]

1885-ci ildə ruslar Şərqi Pamiri tutaraq burada Murqab şəhərinin əsasını qoyurlar. Rus-ingilis anlaşmasına görə bölgənin köklü əhalisinin maraqlarını nəzərə alaraq Bədəxşan iki yerə bölünür. Pyanc çayının sol sahili ingilislərin müttəfiqi olan Əfqanıstana, sağ sahili isə Rusiyanın vassalı olan Buxara əmirliyinə verilir.

ХХ əsrdə Qərbi Pamir əraziləri — Ruşan, Şuqnan, İşkmış — könüllü olaraq Rusiya imperiyasının tərkibinə keçmişdir. 1902-ci ildə bütün Qərbi Pamir bölgədə yerləşən rusların Pamirdəki ordusunun komandirinə tabe edilmişdi. Ancaq ərazi hüquqi baxımdan Buxara əmirliyi ərazisinə daxil idi. 1905-ci ildə rus Bədəxşanı və Şərqi Pamır ümumtürk idarəçiliyindən çıxarılaraq ayıca vilayətə çevrilir. Rus qoşun komandanlığı Xoroqda yerləşdirilir. Bölgənin qoşun komandiri həm də qəza hakimi vəzifəsini daşıyırdı. O ancaq Fərqanə vilayətində yerləşən hərbi qubernatora tabe idi[3]. Bununlada Rus Bədəxşanı huquqi və inzibati baxımdan tam olaraq Rusiya imperiyasının tərkibinə keçmişdir.

Pamir dairəsi aşağıdakı rayonlardan ibarətdir:

  1. Şərq səngərləri rayonu
  2. Xoroq rayonu
  3. İkaniş rayonu
  4. Lanqar rayonu[4].

Sovet hökuməti Bədəxşanda tam olaraq 1920-ci ilin sonları möhkəmlənə bilmişdir. 1923-cü ilin iyulunda bölgə Türkmənistan MSSR tərkibinə daxil edilir. Ayrıca vilayət statusu 1924-cü ilin sonları verilir. 5 noyabr 1924-cü ildə Tacikistan milli komisiyası Mərkəzi Komitənin Siyasi Bürosuna müraciət edərək Bədəxşana muxtar vilayət statusunun verilməsi və onun Tacikistanın tərkibinə daxil edilməsini xahiş edirlər. Nəticədə 2 yanvar 1925-ci ildə Muxtar Dağlıq Bədəxşan Vilayəti təşkil edilərək Tacikistan MSSR təskibinə qatılır[5]. İlk əvvəllər vilayət dörd rayondan ibarət olmuşdur:

  1. Vaxano-İşkaşim rayonu (mərkəzi Şitxarv);
  2. Şərqi-Pamir rayonu (mərkəzi Murqab);
  3. Ruşano-Bartanq rayonu (mərkəzi Kalai-Vomar).[6]
  4. Şunqan rayonu (mərkəzi Yuxarı Xoroq).

1936-cı SSRİ MİK vilayət ərazisində yeni rayon bölgüsünü həyata keçirmişdir:

  1. Bartanq rayoni, mərkəzi Bartanq kəndi;
  2. Vaxan rayonu, mərkəzi Vaxan kəndi;
  3. İşkaşim rayonu, mərkəzi İşkaşim kəndi;
  4. Murqab rayonu, mərkəzi Murqab kəndi;
  5. Roştqala rayonu, mərkəzi Roştqala
  6. Ruşan rayonu, mərkəzi Ruşan kəndi;
  7. Şunqan rayonu, Xoroq şəhəri

1941-ci ildə Muxtar Dağlıq Bədəxşan Vilayəti Dağlıq Bədəxşan Muxtar Vilayəti —- DBMV olaraq adlandırıllr. 1963-cü ildə ərazisi dörd kınd rayonuna bölünmüşdür:

  1. Vanç rayonu, mərkəzi Vanç
  2. İşkaşim rayonu, mərkəzi İşkaşim
  3. Murqab rayonu, mərkəzi Murqab kəndi;
  4. Şunqan rayonu, mərkəzi Xoroq şəhəri

1965-ci ildə vilayətin tərkibinə mərkəzi Kalai-Xumb olan Darvaz rayonu və mərkəzi Ruşan olan Ruşan rayonu.

Sovet sonrakı dövr

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Kalai-Xub rayonunun adı Darvaz olaraq dəyişilmişdir. 1992-ci ildə Roştqala rayonunun əvvəlki sərhədləri bərpa edilmişdir. 11 aprel 1992-ci ildə Dağlıq Bədəxşan Muxtar Vilayətinin Xalq Deputatlar Soveti bir tərəfli qaydada Muxtar Bədəxşan Respublikası yaratdıqlarını elan edirlər[7], ancaq Tacikistan Respublikası Ali Soveti bu dəyişikliyi qəbul etməmişdir[8].

Hazırda vilayət 1 şəhər, 7 rayon və 43 kənd icmasından ibarətdir:

DBMV əhalisi 1 yanvar 2015-ci ilə olsn məlumata görə 214 300 nəfər təşkil edir. Bu isə ümumi ölkə əhalisinin cəmi 3,2 % nəfəridir. 1 km² əraziyə 3.3 nəfər düşür. Şəhər əhalisi isə 28,9 min. nəfər (13,5 %), kənd əhalisi isə 185,4 min. nəfər (86,5 %) təşkil edir.

Tacikistan ərazisini 45 % əhatə etsədə ərazisinin cəmi 3 % insan yaşayışı üçün əlverişlidir. Bu isə əsasən çay vadiləridir.

Əhalinin say dinamikası (min. nəf)

Dağlıq Bədəxşan Muxtar Vilayətinin əhalisi
1987 1926 1939 1959 1970 1979 1989 1995 1998 1999
53,210 73,037 97,796 127,709 160,887 188,0 199,7 203,9
2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009
206,2 207,4 208,3 208,8 209,5 206,8 206,4 206,3 203,1 203,7
2010 2011 2012 2013 2014 2015 2016
204,8 206,5 208,5 210,2 212,1 214,3 217,4

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Vilayət 1 şəhər, 7 rayon, 43 kənd icması:

Dağlıq Bədəxşan Muxtar Vilarəti
Adı
inzibati-
ərazi bölgüsü
Əhali
(01.01.1992)
min. nəf.
Əhali
(01.01.2015)
min. nəf.
Əhali
(01.01.2016)
min. nəf.[9]
Sahəsi
min. km²
Ərazi üzrə
əhali
nəf./km²
1 Xoroq şəhəri 21,5 28,9 29,2
2 Vanç rayonu 22,7 31,9 32,4 4,4 7,36
3 Darvaz rayonu 18,8 22,0 22,4 2,8 8,00
4 İşkaşim rayonu 21,5 30,8 31,4 3,7 8,49
5 Murqab rayonu 13,9 14,4 14,7 38,4 0,38
6 Roştqala rayonu 21,3 25,7 26,1 4,3 6,07
7 Ruşan rayonu 19,7 24,8 24,9 5,9 4,22
8 Şunqan rayonu 32,6 35,8 36,2 4,6 7,87
Ümumi 172,0 214,3 217,4 64,1 3,39

Ərazisində 12 müəssisə fəaliyyət göstərir. Respublika həcmində ümumdaxili məhsulun 0,7% təşkil etmişdir (2009). 2009-cu ilə olan məlumata görə burada 179 mln kVt/s elektik enejisi əldə edlmiş, üstəlik 285 ton ət, 4 ton kolbasa, 16,0 ton buğda, 48,1 min ton kartof, 16,7 min ton tərəvəz, 0,3 min ton bostan məhsulları istehsal edilmişdir.

2009-cu il məlumatına görə burada 101,6 min iri buynuzlu heyvan, o cümlədən 37,6 min inək, 305,1 min. davar, 0,4 min. at yetişdirilmişdir.

2009-cu il məlumatına görə vilayət iqtisadiyyatına 87518,3 min somoni qoyulmuşdur.

Təhsil sahəsi

[redaktə | mənbəni redaktə et]

Burada 19 məktəbəqədər təhsil müəssisəsi (1571 uşaq), 318 məktəb (43,7 min şagird), bir tibb təhsili verən orta ixtisas müəssisəsi (0,4 min tələbə, bir ali təhsil mərkəzi (5 min tələbə) fəaliyyət göstərir.

Mədəniyyət sahəsi

[redaktə | mənbəni redaktə et]

Əhalinin istifadəsində 191 kütləvi və universal kitabxana (burada 1,3 mln kitab və jurnal vardır), 183 klub, 2 kinoteatr, 1 teatr və 1 muzey vardır.

Ümumi mənzil fondu 2388,5 min. m² təşkil edir. Hər adam başına 10,9 m² yaşayış sahəsi düşür. Şəhər mənzil fondu 592,5 min m²-dir. Ümumi fondun cəmi 0,6 % və ya 14,4 min m² dövlətin balansındadır.

Səhiyyə sahəsi

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə 36 səhiyyə ocağı fəaliyyət göstərir. Əhaliyə 367 həkim, 1052 figər təyinallı tibb işçisi xidmət göstərir. Dağlıq mineral mənbələrin əsasında Qarmçaşma sanatoriyası fəaliyət göstərir.

  1. https://web.archive.org/web/20221010195817/https://stat.tj/storage//1.01.2022.pdf.
  2. Пахалина Т. Н. О происхождении топонимов "Ишкашим", "Язгулям" и "Вахан" // Иранское языкознание. М., 1976. — С. 43–49
  3. Каландаров Т. С. Шугнанцы (историко-этнографическое исследование). — М., 2004. — 478 с. — стр. 72–74
  4. САТД ГБАО, с. 6
  5. САТД ГБАО, с. 7
  6. САТД ГБАО, с. 8
  7. "Pamirs — the roof of the world". 2014-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  8. Kərim Abdulov[ölü keçid]
  9. "АГЕНТИИ ОМОР – АГЕНТСТВО ПО СТАТИСТИКЕ, 2016" (PDF). АГЕНТИИ ОМОР – АГЕНТСТВО ПО СТАТИСТИКЕ, 2016. 2017-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.