Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Siz razısınızmı ki, elan edilmiş Dağlıq Qarabağ Respublikası müstəqil dövlət olmalıdır, müstəqil olaraq digər dövlətlər və icmalar ilə əməkdaşlıq formalarını müəyyən etməlidir? | ||||||||||||||||||||||
Yer | DMQV və Şaumyan rayonu | |||||||||||||||||||||
Tarix | 10 dekabr 1991 | |||||||||||||||||||||
|
Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum — Dağlıq Qarabağın Azərbaycandan müstəqilliyi haqqında 10 dekabr 1991-ci ildə keçirilmiş referendumdur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və ona bitişik Şaumyan rayonu ərazisində baş tutmuşdur. Bu sualı verilmişdir:
![]() |
Siz razısınızmı ki, elan edilmiş Dağlıq Qarabağ Respublikası müstəqil dövlət olmalıdır, müstəqil olaraq digər dövlətlər və icmalar ilə əməkdaşlıq formalarını müəyyən etməlidir?[a] | ![]() |
Seçicilərin 99,89%-i respublikanın müstəqilliyinin lehinə səs vermişdir.[1][2] Bu, Dağlıq Qarabağın azərbaycanlı əhalisi tərəfindən boykot edilmişdi. Onlar 1989-cu ildə keçmiş DQMV əhalisinin təxminən 21%-ni təşkil edirdilər.[3] Referendum Azərbaycan Respublikasının razılığı olmadan keçirilmiş və BMT-yə üzv dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmamışdı.
Referendumun hazırlanması, keçirilməsi və nəticələrinin yekunlaşdırılması "Dağlıq Qarabağ Respublikasının referendumunun keçirilməsi haqqında müvəqqəti əsasnamə"yə uyğun olaraq həyata keçirilmişdi. Əsasnaməyə görə, seçicilərin ən azı 2/3-ü 50%-dən az olmayaraq onun lehinə səs verərsə, qərar qəbul edilmiş sayılır.
Səsvermə bülletenlərində erməni, azərbaycan və rus dillərində sual, həmçinin "ДА" və "НЕТ" sözləri (arzuolunmazların üstündən xətt çəkilməlidir) var idi.
![]() |
Համաձա՞յն եք Դուք, որպեսզի հռչակված Լեռնային Ղարաբաղի Հանրապետությունը լինի անկախ պետություն, ինքնուրույն որոշելով համագործակցության ձևը ուրիշ պետությունների և ընկերակցությունների հետ? | ![]() |