Dağınıqcətirli dovşanalması

Dağınıqcətirli dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dağınıqcətirli dovşanalması (lat. Cotoneaster pannosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Cənubi-Şərqi Çindir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-2 m olan, sıxbudaqlı, dağınıq çətirli koldur. Yarpaqları kiçik, dairəvi, iti ucludur, kənarları azca dişlidir, qalın, səthi parlaqdır. Çiçəkləri xırdadır, qalxanvari salxımlarda yerləşir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir.

Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeron şəraitinə davamlıdır.

Çiçəkləmə və meyvəvermə vaxtı dekorativ görünür. Park və bağların salınmasında istifadə olunur.