DeepSeek

DeepSeek
Loqonun şəkli
Tipi Startap
Müəllif
Yayımlanma tarixi may 2023[1]
Sayt deepseek.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DeepSeek (Çin: 深度求索; pinyin: Shēndù Qiúsuǒ) — süni intellektin inkişafında ixtisaslaşan Çin şirkəti və böyük dil modelləri ailəsidir.

Şirkət Hançjouda yerləşir, Çinin High-Flyer hedcinq fondu tərəfindən təsis edilib və dəstəklənir. DeepSeek öz modellərini açıq mənbə kimi təqdim edib. DeepSeek-V3 2024-cü ildə Qwen və ChatGPT kimi digər dil modellərinə rəqib kimi göstərilib. DeepSeek-R1-in 2025-ci ilin yanvarında buraxılması qlobal texnoloji səhm qiymətlərinin kəskin azalmasına və süni intellekt investisiyalarının yenidən qiymətləndirilməsi ilə bağlı müzakirələrə səbəb olub.