Demetrio Albertini

Demetrio Albertini
it. Demetrio Albertini
Ümumi məlumatlar
Doğum tarixi 23 avqust 1971(1971-08-23)[1][2][…] (53 yaş)
Vətəndaşlığı
Boyu 180 sm
Çəkisi 75 kq
Mövqeyi yarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Demetrio Albertini (23 avqust 1971[1][2][…]) — Keçmiş italiyalı futbolçu. Mövqeyi yarımmüdafiəçi olub. Karyerasının böyuk hussəsini "Milan" klubunda keçirib. 12 il İtaliya millisinin üzvu olub. Milli komandanın heyətində çıxışı zamanı 79 oyun keçirib, 3 qol vurub. Milli komanda ilə Dünya (1994) və Avropa (2000) çempionatlarının gümüş mükafatçısı olub.

Albertini "Milan"ın futbol məktəbinin yetirməsidir və 17 yaşında A Seriyasında debüt etdikdən sonra böyük klubda 14 çox uğurlu il keçirdib. 1988–1989 mövsümündə Arriqo Sakkinin rəhbərliyi altında əsas komandaya dəvət edilir. 15 yanvar 1989-cu ildə, "Milan"ın "Komo" üzərində 4–0 evdə qalib gəldiyi oyunda debüt edir.

O, 1990–91 mövsümünün bir hissəsini təcrübə qazanmaq üçün B Seriyasında yarışan "Padova Calcio" klubunda icarə əsasında keçirdir. Burada 28 oyunda meydana çıxaraq 5 qol vurur və daha sonra ən perspektivli gənc italyan ulduzlarından biri kimi "Diadora" şirkəti tərəfindən mükafata layiq görülür.[3] "Padova" ilə uğurlu mövsümdən sonra o, 1991–92 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında 4 nömrəli köynək geyinərək "Milan"ın həmin mövsüm məğlubiyyətsiz titul qazanmasına köməklik göstərərək, 1991–92 mövsümündə özünü "Milan"ın böyük komandasının əsas heyətində özunə yer edir.

Albertini "Milan"la 1991–92-ci il mövsümündə A Seriya çempionluğunu qeyd edir.

Albertini "Milan"da 1992, 1993 və 1994-cü illərdə ardıcıl üç A Seriyası çempionluğu titulunu qazanır və 1996 və 1999-cu illərdə daha iki dəfə çempion olur. Bundan əlavə, o, "Milan" ilə Çempionlar Liqasında 41 oyun keçirir. Rossonerilər 1993–1995-ci illər arasında ardıcıl üç finala yüksələrək 1994-cü ildə kuboku qazanır. O, klubda oynadığı müddətdə iki dəfə UEFA Superkuboku, üç İtaliya Superkuboku və bir Qitələrarası Kubok qazanıb. Albertini 2002-ci ilə qədər "Milan"da qalır. Sonradan Albertinin keçmiş komanda yoldaşı olmuş məşqçi Karlo Ançelotti onun mövqeyində meydana çıxan Andrea Pirlonu oynatmağa üstünlük verir. Dimitrio "Milan" heyətində ümumilikdə 293 oyunda meydana çıxaraq 21 qol vurur. "Milan"ın heyətində bütun turnirlərdə isə, 406 oyunda iştirak edərək 28 qol vurub.[4][5]

Milandan ayrıldıqdan sonra Albertini müxtəlif komandaların şərəfini qoruyur. 2002–03 mövsümünü İspaniyanın "Atletiko Madrid" klubunda icarə əsasında keçirdir və burada meydana çıxdığı 28 oyunda 2 qol vurur.

2003–04 mövsümündə "Latsio" klubunun oyunçusu Cüzeppe Pankaro ilə dəyişdirilir və "Latiso" klubuna keçir.[6] Burada, "Milan"da qazana bilmədiyi İtaliya Kubokunu qazanır və klub üçün 23 oyunda meydana çıxaraq 2 qol vurur.[7]

2004–05 mövsümünə "Atalanta" klubunda başlayır. "Atalanta"da 14 oyunda meydana çıxır və debüt oyununda qol vurur.[8] Yanvar ayında, keçmiş komanda yoldaşı olmuş Frank Raaykardın dəvəti ilə "Barselona" klubuna qoşulur və burada 5 oyunda meydana çıxaraq "Barselona"nın İspaniya çmpionu olmasına kömək edir.[9]

Karyera statistikası

[redaktə | vikimətni redaktə et]
Klub, yarış və mövsümlərə görə oyun və qol sayı.
Klub Mövsüm Liqa Kubok Avropa Digər Toplam
Divizion Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Milan 1988–89 A Seriyası 1 0 0 0 1 0
1989–90 1 0 0 0 1 0
1990–91 0 0 2 0 2 0
1991–92 28 3 5 0 33 3
1992–93 29 2 6 0 7 1 1 0 43 3
1993–94 26 3 0 0 13 1 2 0 41 4
1994–95 30 2 4 0 11 0 2 0 47 2
1995–96 30 0 3 0 5 0 38 0
1996–97 29 8 2 0 5 1 1 0 37 9
1997–98 28 0 9 2 37 2
1998–99 29 2 3 0 32 2
1999–2000 26 1 1 0 5 0 1 0 33 1
2000–01 12 0 2 0 11 2 25 2
2001–02 24 0 4 0 8 0 36 0
Toplam 293 21 41 2 65 5 7 0 406 28
Padova (icarə) 1990–91 B Seiyası 28 5 28 5
Atletiko Madrid 2002–03 La Liqa 28 2 2 1 30 3
Latsio 2003–04 A Seriyası 23 2 4 0 8 0 35 2
Atalanta 2004–05 A Seriyası 14 1 2 1 16 2
Barselona 2004–05 La Liqa 5 0 1 0 6 0
Karyerasında toplam 391 31 49 4 74 5 7 0 521 40
İllərə görə milli komandada oyun və qol sayı
Milli komanda İl Oyun Qol
İtaliya 1991 1 0
1992 4 0
1993 6 0
1994 14 0
1995 8 2
1996 7 0
1997 9 0
1998 10 0
1999 6 0
2000 11 0
2001 2 0
2002 1 0
Toplam 79 2
  • A Seriyası (5): 1991–92, 1992–93, 1993–94, 1995–96, 1998–99
  • İtaliya Superkuboku (3): 1992, 1993, 1994
  • Avropa Çempionlar Kuboku/UEFA Çempionlar Liqası (3): 1988–89, 1989–90, 1993–94
  • UEFA Superkuboku (2): 1989, 1994
  • Qitələrarası Kubok (1): 1989
  • İtaliya Kuboku (1): 2003–04
  • La Liqa (1): 2004–05
  • 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatı (1): 1992
  • FIFA Dünya Kuboku ikincisi (1): 1994
  • UEFA Avropa Çempionatının ikincisi (1): 2000
  • UEFA Avropa Çempionatının Turnirin Komandası: 2000
  • Milan FK Şöhrət Zalı
  1. 1 2 Demetrio Albertini // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Demetrio Albertini // Enciclopèdia de l'esport català (kat.). Grup Enciclopèdia, 2012.
  3. "Demetrio albertini" (italyan). 29 iyul 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
  4. "AC Milan Hall of Fame: Demetrio Albertini". acmilan.com (italyan). 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
  5. "Demetrio ALBERTINI: "Metronomo"". magliarossonera.it (italyan). 2014-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
  6. "Albertini addio al veleno "Milan sei stato ingrato". Parigi vende Ronaldinho". Archiviostorico.corriere.it. 2015-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
  7. "Member associations –". UEFA. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
  8. "Member associations –". UEFA. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
  9. "UEFA Champions League –" (ingilis). UEFA. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]