Demon | |
---|---|
Digər mədəniyyətlərdə | İblis[d], Cin, Div |
Vikianbarda əlaqəli mediafayllar |
Demon (q.slav. де́монъ) (q.yun. δαίμων «ruh», «ilah»[1]<ref)— həm müsbət, həm də mənfi rol oynaya bilən, tanrılarla müqayisədə daha aşağı mövqe tutan[2] fövqəltəbii varlıqların və ya ruhların ümumi adıdır. Qədim yunanlarda Daimonia fəlsəfi konsepsiyası mövcud idi. Sokrat və onun davamçıları - Platon, stoaçılar və başqaları, daimonia ilə insanın "daxili səsi"-ni, vicdanı eyniləşdirir. Roma mifologiyasında onlar (lat. genius «ruh»)a<ref, xristianlıqda isə qoruyucu mələyə[3][4][5] uyğun gəlir. Xristianlıq dönəmində slavyanlar arasında demon bes sözünün sinonimi olub, Rusiyada XI əsrdən bəri[6] xristianlar bütün bütpərəst tanrıları ümumi demon adlandırdılar. Həmçinin İncil yunan dilindən kilsə slavyan dilinə və rus dillərinə tərcümə edilərkən yunanca demon sözü bes sözü ilə[7], ingilis və alman İncillərində isə şeytan – ing. devil, alm. teufel, sözü ilə tərcümə edilmişdir.[8][9].
Daymonların yalnız şər və ya yalnız yaxşı qüvvələrlə əlaqəsi izlənilmədiyi kimi, erkən antik dövrdə "daymon" və "tanrı" terminləri arasındakı fərq də həmişə izlənilmir, Erkən antik dövrdə daymonların yalnız şər və ya yalnız xeyir qüvvələrlə əlaqəsi izlənmədiyi kimi, "daymon" və "tanrı" terminləri arasındakı fərq həmişə izlənilmir. Daymonların istənilən, həmçinin qarışıq təbiətə sahib olduqlarına inanılırdı, yəni eyni dərəcədə həm şər, həm də xeyir yarada bilərlər.
Qədim yunan klassiklərində daymonlar haqqında əsas məlumatlar (rom. genius, xristian mələkləri ilə sinonimdir[3][4][5]) Platonun "Qanundan sonrakı dövr", “Symposion”, “Sokratın müdafiəsi” dialoqlarından götürülüb. Sokrat dialoqlarda deyir ki, ona “xeyirxah demon” və ya şərdən uzaqlaşdırıb yaxşılığa yönəldən genius (ruh) rəhbərlik edir. Daha sonra "Sokratın demonu" Platonun və neoplatonçuların Tanrısı ilə eyniləşdirilir. Qədim Roma filosofu-platonçu Apuleyus "Sokratın Tanrısı haqqında" (De deo Socratis) kitabında "Sokratın demonu" ideyasını şərh etmişdir. Bu, Sokratdakı "daymon"un təbiəti haqqında və tanrılarla insanlar arasında digər varlıqların mövcudluğu haqqında müzakirədir[10].
Platon “Qanundan sonrakı dövr” (984d-985) dialoqunda daymonları ruhlar iyerarxiyasında üçüncü və dördüncü dərəcələrə malik olan, ulduzlardan və tanrılardan sonra öz yerlərini tutan səma varlıqları adlandırır. Daymonlar, tanrılarla insanlar arasında bir mövqe tutduqlarından (tanrılar və insanlar arasında) vasitəçi rolunu oynayır və buna görə də onlara dualarda xüsusilə hörmət edilməlidir. Daymon insana doğulduğu andan təyin edilir və ölümünə qədər onu müşayiət edir[11]. Dördüncü dərəcəli daymonlar yalnız hava və efirdən ibarətdir və buna görə də “bizə nə qədər yaxın olsalar da, onlar fərqlənməz olaraq qalırlar”. Eyni zamanda, onlar "tez öyrənən və yaxşı yaddaşa sahib olan" qövmə aiddirlər.
Platon bütün daymonları "orta rütbəli canlıların yer üzündə və bütün kainatda asanlıqla uça biləcəyini nəzərə alaraq, özləri ilə tanrıların ən ucası arasında olan hər şeyi izah və şərh edənlər" adlandırır. Daymonlar ayrı-ayrı şəxslərin və ya bütün cəmiyyətin inancları onların bəziləri ilə ünsiyyətdən qaynaqlandığından şübhəsiz mövcud olmalıdırlar. Bu ünsiyyət gecə yuxu görünmələri, həm xəstə, həm də sağlam insanlar tərəfindən eşidilən kahinlərin və peyğəmbərlik səsləri ilə, ömrün sonunda gözə görünmələr ilə qurulur və buna görə bir çox geniş yayılmış kultların mənşəyi olub və olacaqlar. Beləliklə, bəzi daymonlar müxtəlif kultların tanrıları kimi çıxış edə bilərlər[12].
Platonun ardıcılları və stoiklər ölümdən sonra öz ünsürünə qayıdan insan ruhunu daymonla eyniləşdirirdilər.
Yamblix “Misir Misteriyaları” əsərində daymonları görünən (başa düşülən) və görünməyən (rasional qavrayışıdan kənar) tanrılardan, fani yarıtanrı-qəhrəmanlardan fərqləndirir. Daymonlar təbiətlərinə görə tanrılardan aşağı pillədədir.
Orta əsrlər Avropasının mistikləri və okkultistlərinə görə, demonlar doqquz rütbəyə bölünür. Bu, ilk dəfə hollandiyalı həkim və okkultist İohann Veyer özünün Pseudomonarchia Daemonum (1588) adlı okultik kitabında təsvir etmişdir, burada o, cinlərin ətraflı təsnifatını və onları çağırmaq istəyənlər üçün təlimatlar vermişdir. Demonlar iyerarxiyasının başqa təsvirləri də var[13].
Ümumiyyətlə, bir neçə əsas qrupu fərqləndirmək olar: