Demonologiya (demon + logiya) — mənfi ruhlar haqqında təlim. Demonoligya Kainatın xeyir və şər dünyasına dualist bölgüsünə əsaslanan dinlərdə – zərdüştilikdə və manilikdə xüsusi əhəmiyyətə malikdir. Demonologiyada başlıca istiqamətlər şər ruhların xüsusiyyətlərinin və davranışlarının öyrənilməsi, onları çağırmaq, tabe və idarə etmək, yaxud mübarizə aparmaq və qovmaq anlayışlarının təsvir edilməsidir. Demonologiya folklorda, bədii ədəbiyyatda, mifologiyada da əksini tapmışdır.[1]