Dengizik

Dengizik Xan
Hun Türkcəsi:Tengizik Kan
454/455 – 469
Əvvəlkiİlek Xaqan
Sonrakıİrnek Xan
Şəxsi məlumatlar
Doğum tarixi ən tezi 406
Vəfat tarixi 469
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti hərbi lider[d]
Atası Atilla

Dengizik Xan və ya Dengizik Xaqan (Qədim türkcə (hunca): Tengizik Kan (mənası: Balaca Dəniz; ən tezi 406469, Bizans imperiyası) — Avropa Hunlarının 13-cü xaqanı. Atillanın 2-ci oğlu, İlekin kiçik, İrnekin də böyük qardaşı.

453-cü ildə Atillanın ölümündən sonra digər qardaşları İlek və İrneklə ayrı hökmranlıq etdilər. Çökən imperiyanın bir hissəsində üç qardaş fərqli bölgələrdə hökmranlıq edirdi. 460-cı ilin ilk yarısından etibarən Dengizik və İrnek vəziyyətlərini bərpa etməyə çalışdılar. Konstantinopola elçi göndərdilər. Sülh müqaviləsi bağlamaq, dostluq qurmaq istəyirdilər. Dunayın bir hissəsində HunlarRomalılar üçün sərbəst ticarət bazarının qurulmasını tələb etdilər, lakin I Leo bu istəkləri rədd etdi. Bu qərardan sonra iki qardaş ayrıldı. Dengizik bunu təhqir olaraq gördü və döyüşmək istədi, İrnek isə yeni cəbhə açmağın əleyhinə idi. Dengizik ordusu ilə birlikdə Histriyaya girdi. Onu qarşılayan Bizans komandiri Anaqastla güzəştə getməkdən imtina etdi və birbaşa imperatora bir elçi göndərdi. Torpaq və vergilər tələb etdi və bu baş verməsə Trakyaya gedəcəyini bildirdi. Qətiyyətli münasibətindən narahat olan I Leo cavab verdi: "Ona itaət etsəydi hər şeyi edərdi və düşmənçiliyi dostluğa və ittifaqa çevirmək çox xoş olardı", lakin danışıqlar nəticəsiz qaldıqdan sonra, 469-cu ildə Dengizik ilə Anaqast arasındakı müharibədə Hunlar məğlub oldu. Dengizik müharibədə öldürüldü və kəsilmiş başı Bizansın paytaxtı Konstantinopolda insanlar arasında gəzdi. Pasxa xronikası hadisəni belə izah edir: "Attilanın oğlu Dinzirikus (yəni Dengizik) Trakyada general Anaqastes tərəfindən öldürüldü. (Anaqastes onun) başını Konstantinopolisə gətirdi, Orta Küçədən keçdi və Taxta Sirkdəki dirəyə sabitlədi. Bütün şəhər ona baxdı."

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]