Deniz Dağdelen | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Deniz Dağdelen |
Vətəndaşlığı | Türkiyə |
Doğum tarixi | 18 iyul 1997 (27 yaş) |
Doğum yeri | |
İdman növü | Taekvondo |
26 iyun 2017 tarixində yenilənib. |
Deniz Dağdelen (18 iyul 1997, Türkiyə) — Türkiyəli taekvondoçu. Deniz Dağdelen Türkiyəni 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi.
Deniz Dağdelen birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Zimbabvenin nümayəndəsi Admire Tşitşiliza üzərində 25:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə Avstraliyanın nümayəndəsi Beyli Luis ilə üz-üzə gəldi və rəqibinə 18:8 hesabı ilə qalib gəldi.
1/8 final mərhələsində Dağdelen Misirin nümayəndəsi Moaz Nabil ilə üz-üzə gəldi və rəqibinə 21:9 hesabı ilə qalib gəldi. Növbəti mərhələdə isə rəqibi Cənubi Koreya nümayəndəsi olan Kim Tae-huna 7:27 hesabı ilə məğlub oldu.[1]