Desislava Radeva | |
---|---|
![]() | |
Bolqarıstanın birinci xanımı | |
Vəzifədədir | |
22 yanvar 2017-ci ildən | |
Prezident | Rumen Radev |
Əvvəlki | Yuliyana Plevneliyeva |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 iyul 1969 (55 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | ofis meneceri |
Həyat yoldaşları | |
![]() |
Desislava Kirilova Radeva (bolq. Десислава Кирилова Радева; 9 iyul 1969, Burqas) — Bolqarıstanın ictimai xadimi, 2017-ci ilin yanvarından etibarən Bolqarıstanın birinci xanımı, prezident Rumen Radevin həyat yoldaşı.[1]
Desislava Radeva 9 iyul 1969-cu ildə Burqasda anadan olub. O, Milli və Dünya İqtisadiyyatı Universitetinin Maliyyə və Kredit ixtisasına daxil olmamışdan əvvəl orta təhsilini Geo Milev adına ingilis dili məktəbində alıb. O, həmçinin Sofiya Meşəçilik Universitetində təhsil alıb.[2] Desislava Radeva tələbəlik illərində kənd təsərrüfatı naziri Rumen Xristovun asistenti kimi işləyib, daha sonra karyerasını Kanaleto və Hushove kimi televiziya şoularında ofis meneceri kimi davam etdirib. Radeva bundan başqa Bolqarıstan Musiqi Şirkətində ictimaiyyətlə əlaqələrdən məsul şəxs, daha sonra isə Bolqarıstandakı Heineken şirkətinin baş menecerinin köməkçisi olub. 2016-cı ildə o həmin ilin noyabrında Bolqarıstanda keçirilən prezident seçkilərində fəal iştirak edərək o vaxtkı partnyoru Rumen Radev üçün kampaniya aparıb. Radeva 2017-ci ildə ictimai maraqlara uyğun fəaliyyət göstərən "Bolqarıstanın Canlı Suyu" (bolq. "Живата вода на България") adlı qeyri-kommersiya assosiasiyasını təsis edib.[3][4][5]
Radeva indiki həyat yoldaşı, Rumen Radev ilə 2016-cı ildə evlənmişdir. O, əvvəllər bolqar mühəndis və Bolqarıstan Sosialist Partiyasının (BSP) Milli Məclisdəki deputatı olan Georgi Svilenski ilə evli olub. Onun Svilenski ilə 13 illik evliliyindən bir oğlu var. Radeva ana dili bolqar dili ilə yanaşı, ingilis və rus dillərini də mükəmməl bilir. O, bolqar pravoslavıdır.