Deutsche Post

Deutsche Post
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1995
deutschepost.com
deutschepost.de

Deutsche PostAlmaniyada yerli poçt xidmətləri üçün istifadə edilən "DHL Group"un brendi.[1] Brend altında təklif olunan xidmətlər ənənəvi poçt xidmətləridir. Bu, brendi keçmiş dövlət poçt inhisarı olan "Deutsche Bundespost" varisinə çevirmişdir. 2008-ci ildən etibarən "Deutsche Post"un un bu xidmətlər üzrə monopoliyasının müddəti başa çatmışdır.

Ənənəvi poçt xidmətləri ilə əlaqəsi olmayan əksər müəssisələr orijinal DHL şirkəti ilə əldə edilmiş DHL brendinə keçdilər. Bu səbəbdən qrup "DHL Group" adından istifadə edir.

Qrup hazırda bütün poçt bölməsi daxilində brend altında aşağıdakı xidmətləri təklif edir:

  • Poçt kommunikasiyası: daxili poçt xidmətini idarə edir (bağlamalar istisna olmaqla).
  • Mətbuat xidmətləri: çap məhsullarının (qəzet və jurnalların) ölkə daxilində yayılması ilə məşğul olur.
  • Pərakəndə satış məntəqələri: məktub poçtu, bağlama və poçtbank xidmətləri təklif edən yerli pərakəndə satış məntəqələri (poçt şöbələri) fəaliyyət göstərir.
  • Dialoq marketinqi: birbaşa marketinq üçün bazar araşdırması və ünvanın yoxlanılması kimi xidmətlər təqdim edir.

Poçt bölməsi daxilində "Parcel Germany" və "Global Mail" kimi digər xidmətlər DHL brendindən istifadə edir.

  1. Deutsche Post. "The Group". October 23, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-01.