Bu məqalə qaralama halındadır. |
DevOps ("Development" və "Operations" ingilis sözlərinin qısa forması) proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqamların hazırlanması prosesidir. Həmçinin bu prosesə hazırlanmış proqramların inteqrasiyası, testi, serverdə yerləşdirməsi və gələcəkdə lazım olarsa hər hansı digər bir mühitə daşınması prosesinin avtomatlaşdırılması da daxildir. Bu prosesin və ya mədəniyyətin formalaşdırılmasında əsas məqsəd proqram təminatının daha sürətli və etibarlı şəkildə hazırlanması, lazımi dəyişikliklərin edilməsi və sifarişçiyə çatdırılmasıdır. DevOps sistemlərin inkişaf dövrünü təkmilləşdirmək və qısaltmaq üçün bir vasitə kimi proqram təminatının hazırlanması (Dev) və İT əməliyyatlarının (Ops) işini inteqrasiya edir və avtomatlaşdırır.
Agile 2008-ci il konfransında Andre Şafer və Patrik Debis "Agile Infrastructure" təqdim elədilər.[1] DevOps anlaylşı 2009-cu ildə isə Belçikada keçirilən və bir neçə gün davam edən "devopsdays" (devops günləri) konfrasından sonra məşhurlaşmağa başladı. O vaxtdan bəri dünyanın bir çox ölkələrində bu tipli konfranslar keçirilməkdədir.
Adətən funksional olaraq şöbələrə və ya qruplara ayrılmış təşkilatlarda demək olar ki, İT əməliyyatları arasında inteqrasiya olmur. Lakin DevOps elə bir proseslər və metodlar çoxluğu ortaya qoyur ki, tətbiqi proqramların yardilması, testi və proqramı təhvil alındıqdan sonra olan əməliyyatlar daima bir biri ilə əlaqəli şəkildə inkişaf etsin.
Devops əməkdaşlıq nəticəsində formalaşan bir prosess olduğundan konkret unikal "DevOps aləti" mövcud deyil. Bu daha çox bir neçə alətlərdən ibarət olan (və ya "DevOps toolchain") bir sistemdir.