Devid Hervud | |
---|---|
Doğum tarixi | 8 dekabr 1965[1] (58 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, teatr aktyoru, kino aktyoru, televiziya aktyoru, telerejissor |
Fəaliyyət illəri | 1990-cı ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0362873 |
davidharewood.co.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Devid Hervud (ing. David Harewood; 8 dekabr 1965[1]) — Böyük Britaniya aktyoru və aparıcısı. O, daha çox "Vətən" teleserialındakı MKİ Terrorizmə Qarşı Mübarizə Departamentinin müdiri, eləcə də "Supergörl" teleserialındakı Con Cons / Marslı ovçu və Henk Henşou rolları ilə tanınır.[3]
Devid Hervud 8 dekabr 1965-ci il tarixində Birləşmiş Krallığa daxil olan İngiltərənin Birminhem şəhərində anadan olmuşdur. Ailəsi Barbados əsillidir və 1950-ci illərin axırlarında İngiltərə köçmüşdülər. Onun atası yük maşını sürücüsü, anası isə ərzaq tədarükçüsü idi. Onun bacısı Sandra, qardaşları isə Rocer və Poldur. O, Müqəddəs Benedikt adına kiçik məktəb və Veşvud Hit Akademiyasında təhsil almışdır.[4][5] O, Milli Gənclik Teatrının üzvüdür.[6][7] Gənclik illərində Birminhem şəhər mərkəzindəki bir çaxır barında işləmiş Hervud 19 yaşında Dram İncəsənəti üzrə Kral Akademiyasına daxil olmuşdur.[6]
Devid Hervud uzunmüddətli sevgilisi Kirsti Hendi ilə 2013-cü ilin fevral ayında, Barbadosun Sent-Ceyms dairəsində evlənmişdir. Onların iki qızı var və ailəlikcə London şəhərində yaşayırlar.[8] Hervud Birminhem Siti FK azarkeşidir.[3][9]