Devid Marplz | |
---|---|
David Roger Marples | |
Doğum tarixi | 17 oktyabr 1952[2] (72 yaş) |
Vətəndaşlığı | Kanada |
Elm sahələri | Rusiya tarixi, tarix[1], siyasət[1], Nüvə qəzaları[1], siyasi tarix[1] |
Elmi dərəcəsi | |
Elmi adı | Professor |
İş yeri | Alberta Universiteti |
Təhsili |
|
Tanınır | Belarus, Rusiya və Ukraynanın tarixi və müasir siyasəti |
Mükafatları |
Devid Rocer Marplz (ing. David Roger Marples; 17 oktyabr 1952[2]) — kanadalı tarixçi və Alberta Universitetinin Tarix və Klassika fakültəsinin professorudur. O, Belarus, Rusiya və Ukraynanın tarixi və müasir siyasəti üzrə ixtisaslaşmışdır.[3]
Marplz 1975-ci ildə London Universitetinin bakalavr proqramını fərqlənmə ilə bitirmiş. 1980-ci ildə Alberta Universitetindən tarix üzrə magistr, 1985-ci ildə Şeffild Universitetindən iqtisadi və sosial tarix üzrə fəlsəfə üzrə doktoru dərəcəsini almışdır. Dissertasiya mövzusu "1944-1951-ci illərdə Qərbi Ukraynada kənd təsərrüfatının kollektivləşdirilməsi" olmuşdur.[4]
Marplz 1991-ci ildə Alberta Universitetində fəaliyyətə başlamışdır. Daha əvvəl Almaniyanın Münhen şəhərində Azadlıq Radiosunun Ukrayna xidmətində tədqiqatçı kimi çalışmışdır.
Marplz, Şimali Amerika Belarus Tədqiqatları Assosiasiyasının keçmiş prezidenti (2010–2015)[5] (2010–15) və Alberta Universitetində Ukrayna Araşdırmaları İnstitutunda Stasyuk adına Müasir Ukrayna Proqramının sabiq direktorudur (2004–2014).[6] 2014-cü ildə o, Yaponiyanın Hokkaydo Universitetində Slavyan və Avrasiya Tədqiqat Mərkəzində dəvətli professoru kimi çalışmışdır. Alberta Universitetinin Kaplan adlına Tədqiqatda Mükəmməlliyə görə mükafat (2003) və ali məktəbin ən yüksək mükafatı olan Universitet Kubokuna (2008) layiq görülmüşdür.
O, Çernobıl nüvə fəlakəti (xüsusilə sosial və siyasi aspektləri),[7] Belarusdakı Lukaşenko rejimi və çağdaş Ukrayna üzrəya aparıcı Qərb alimlərindən biri hesab olunur. Onun araşdırma mövzularına Şərqi Avropada 20-ci əsrdə baş vermiş böyük hadisələr - Rusiya inqilabı, Qolodomor, stalinizm və SSRİ-nin süqutu daxildir. Öz işlərində 1937-1941-ci illərdə Belarusda NKVD tərəfindən həyata keçirilmiş kütləvi edamlar, Kurapatıdakı kütləvi məzarlar, Ukrayna millətçiliyi, Stepan Bandera kimi mövzulara da toxunmuşdur.
Marplz Belarus, Rusiya və Ukrayna ilə bağlı bir sıra media orqanlarına və analitik platformalara yazır: Edmonton Journal, Topchubashov Center,[8] Kyiv Post,[9] Moscow Times,[10] Eurasia Daily Monitor,[11] Open Democracy[12], Politicon[13].
Marplz Alberta Universitetinin Yaponiya Mərkəzinin direktoru Aya Fucivara ilə evlidir. Onun Karlton, Kilan (hər ikisi ilk evliliyindən), Akiko və Kaella adlı dörd övladı var.[14][15][16]