Devid Petreus | |
---|---|
ing. David Howell Petraeus | |
| |
Şəxsi məlumatlar | |
Doğum adı | David Howell Petraeus |
Doğum tarixi | 7 noyabr 1952[1][2][…] (72 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | ABŞ |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları |
Xidmət illəri | 1974-cü ildən |
Rütbəsi | general |
Döyüşlər | |
İstefada | 2012 |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Devid Petreus (ing. David Howell Petraeus; 7 noyabr 1952[1][2][…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı general, hərbçi.
2007-ci ilin fevralından 2008-ci ilin sentyabrına qədər İraqdakı çoxmillətli koalisiya qüvvələrinə rəhbərlik etmiş, 2010-2011-ci illərdə Əfqanıstandakı NATO qoşunlarının komandanı olmuşdur[3].
O, 2011-ci ilin sentyabrında karyerasında növbəti sıçrayış etdi. Prezident Barak Obama Petreusu dünyanın ən nüfuzlu kəşfiyyat xidməti olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə irəli sürüldü. Lakin 2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa vermişdir[3].
Holli Petreus (Noulton) ilə ailəlidir. 2 övladı var[3].
2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa verdi. Federal Təhqiqatlar Bürosunun araşdırmaları zamanı MKİ direktorunun nikadankənar münasibətlərdə olması müəyyən olundu. 59 yaşlı Devid Petreus öz şəxsi bioqrafı, 49 yaşlı jurnalist Pola Broudell ilə gizli sevgi münasibətlərində idi. Bundan başqa, keçmiş hərbçi Broudelin kompüterində ABŞ-də yalnız Petreus daxil olmaqla məhdud sayda şəxsin bildiyi məxfi sənədlər aşkar olunmuşdur[3].
Mətbuatın hadisəni işıqlandırması qarşısında Devid Petreus könüllü olaraq vəzifəsindən ayrıldı. O, istefasından sonra yaydığı ilk müraciətdə ailəsindən və dostlarından üzr istədi və bu münasibətlərin bir səhv olduğunu etiraf elədi. Siyasi və hərbi karyerasına birdəfəlik son qoyulan Petreusun şəxsi həyatda bəxti gətirdi. 2 ortaq övladları olan həyat yoldaşı Holli Petreus (Noulton) ərindən ayrılmadı[3].