Deysi Kori | |
---|---|
isp. Deysi Cori Tello | |
Ölkə | |
Doğum tarixi | 2 iyul 1993[2] (31 yaş) |
Doğum yeri | |
Titulu | |
Son reytinqi |
|
FİDE nömrəsi | 3801934 |
Vikianbarda əlaqəli mediafayllar |
Deysi Kori (isp. Deysi Cori Tello; 2 iyul 1993[2], Lima) — perulu şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010). Qadınlar arasında beynəlxalq qrosmeyster titulunu qazanan ilk Peru şahmatçısı.
Deysi Kori dəfələrlə müxtəlif yaş kateqoriyalarında Perunu gənclər arasında şahmat üzrə dünya çempionatlarında təmsil etmişdir. Bu yarışlarda dörd medal qazanıb: iki qızıl (2009-cu ildə U16,[5] 2011-ci ildə isə U20 kateqoriyasında[6]) və iki gümüş (2009-cu ildə U20,[7] 2010-cu ildə isə U18 kateqoriyasında[8]). Beş dəfə müxtəlif yaş kateqoriyalarında gənclər arasında keçirilən şahmat üzrə Panamerika çempionatlarında qalib olub (2003 — U10, 2004 — U12, 2007 — U14, 2008 — U16, 2008 — U20).[9]
2009-cu ildə Kolumbiyanın Kali şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 5-ci şəxsi Amerika çempionatında ikinci olub.[10][11] 2011-ci ildə Ekvadorun Quayakil şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 6-cı və 2016-cı ildə Perunun paytaxtı Lima şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 8-ci şəxsi Amerika çempionatlarında isə birinci olub.[12][13]
Deysi Kori dörd dəfə şahmat üzrə qadınlar arasında keçirilən dünya çempionatlarında iştirak edib:
2015-ci ildə Azərbaycanın paytaxdı Bakı şəhərində keçirilmiş şahmat üzrə Dünya Kubokunda iştirak etmiş, lakin elə ilk turdaca rusiyalı Vladimir Kramnikə məğlub olaraq turnirdəki iştirakını dayandırmışdır.[18]
Perunun qadınlardan ibarət milli komandasının tərkibində beş dəfə Ümumdünya Şahmat Olimpiadalarında çıxış etmişdir (2004, 2010–2016).[19]
Deysi Korinin kiçik qardaşı Xorxe (doğ. 1995) kişilər arasında beynəlxalq qrosmeysterdir.[20]