Diabetes (jurnal)

Diabetes
Baş redaktor David A. D'Alessio
Növ tibbi jurnal
Dövrilik aylıq
Nəşriyyat Amerika Diabet Assosiasiyası
Təsis tarixi 1952
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
ISSN 0012-1797, 1939-327X
OCLC nömrəsi 01566563
diabetes.diabetesjournals.org

DiabetesAmerika Diabet Assosiasiyası tərəfindən 1952-ci ildən nəşr olunan aylıq tibbi jurnal.

Jurnal şəkərli diabetin fiziologiyası və patofiziologiyası ilə bağlı laboratoriya, heyvan və insan tədqiqatlarını əhatə edir. Əsas diqqət şəkərli diabetin patogenezi və onun ağırlaşmaları, mədəaltı vəzin normal və patoloji adacıq funksiyası və vasitəçi maddələr mübadiləsi, dərman və hormonların təsirinin farmakoloji mexanizmləri, normal və anormal bioloji proseslərin biokimyəvi və molekulyar aspektləri kimi sahələrə yönəlmiş araşdırma hesabatlarına verilir. Bundan əlavə, "Diabetes"də Amerika Diabet Assosiasiyasının illik toplantısında elmi sessiyalarda təqdim olunan tezislər dərc edilir.

"Journal Citation Reports"a əsasən, jurnalın 2021-ci il impakt faktoru 9.337, 5 illik impakt faktoru isə 10.509-dur. Bu göstəricilərə görə "Diabetes" jurnalı "Endokrinologiya, Diabet və Metabolizm" kateqoriyasında 240 jurnal arasında 8-ci yeri tutur.[1]

İstinad siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Journals Ranked by Impact: Endocrinology, Diabetes & Metabolism // 2021 Journal Citation Reports. Web of Science (Science). Thomson Reuters. 2021. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]