Diatomit

Diatomit — torpaqvari, kövrək və ya sementləşmiş silisiumlu (opal), ağ, açıq-boz və ya sarı rəngli 50%-dən çox hissəsi diatomea zirəhlərindən ibarət süxurdur. Diatomit dəniz, nadir hallarda şirin su (göl) mənşəli olur. Tərkibində 70-98%-dək həll olan silisium dörd oksid vardır. Yük­sək məsaməlilik, az həcmi çəki, adsorbsiya və istilik izoləetmə xassələrilə səciyyələnir. Paleogen-NeogenDör­düncü dövr çöküntülərində yayılmışdır.

Xüsusiyyətlər

[redaktə | vikimətni redaktə et]

Diatomitlərdə çoxlu sayda məsamələr var. Xammal strukturunda mikroskopik hava boşluqları kərpicdə mükəmməl istilik izolyasiya xüsusiyyətlərini təmin edir. Kimyəvi tərkibi SiO2−76,6%, Al2O3−7,52%, Fe2O3−1,53%, CaO-1,4%, MgO-1,25%, SO3−0,13%. Diatomitden dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi istifadə olunur. Gözənəkli quruluşa, yüksək fiziki və mexaniki xüsusiyyətlərə malik olması, ucuz başa gəlməsi diatomiti geniş şəkildə istifadə etməyə imkan verir. Sorbent, katalizator və onların daşıyıcıları, eləcə də filtrasiya prosesində doldurucu kimi istifadə olunur.

Diatomitlərin kərpic istehsalı üçün xammal kimi istifadə edilməsi, həmşinin qida sənayesində təmizləmə üçün filtrlər kimi, tibbi kosmetika, dərman və dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi istifadə edilir. Diatomitdən hazırlanan məhsullar qazanlardan nüvə reaktorlarına istilik izolyasiyası kimi istifadə olunur. Xam materialları tekstil, boya və lak sənaye, metallurgiya və maşınqayırma sahələrində istifadə olunur. Bu gün diatomit tekstil, neft kimya, yeyinti senayesində, antibiotiklərin, kağız və müxtəlif plastiklərin istehsalında, az miqdarda adsorbent və filtr vasitəsi kimi istifadə olunur.

Müxtəlif təyinatlı diatomit müasir təsnifatının əsasında, tətbiq sahəsindən və istismar xassələrindən asılı olaraq qruplara bölmə prinsipi qoyulmuşdu. Diatamitlərin təsnifatına aid bir sıra standartlar işlənmişdir. Diatomitin əsas xarakteristikaları, dərman və dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi tətbiq olunur.

  1. "-Nanosmologiya və nanotexnologiya jurnalı" Kimyəvi rabitə" 2004, № 7, s.796"
  2. By J. Lang Wood, eHow Contributor. How to Use Diatomaceas Earth As an Insecticid
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.