Didərgin | |
---|---|
Outlander | |
Janr |
Tarixi Dram Romans |
Əsaslanır | Diana Qaboldonun Didərgin romanlar seriyası |
İlk baxış tarixləri | 9 avqust 2014 |
Prodüser |
Devid Broun Metyu B. Roberts |
Yaradıcısı | Ronald D. Mur |
Rollarda |
|
Bəstəkar | Bear Makkreri |
İstehsalçı ölkə |
Birləşmiş Ştatlar Birləşmiş Krallıq |
İl | 2014 |
Studiya |
Sony Pictures Television Left Bank Pictures Story Mining and Supply Company Tall Ship Productions |
Dil |
İngilis dili Şotland kelt dili Şotland german dili Fransız dili |
Növü | Teleserial |
Mövsüm sayı | 7 |
Seriya sayı | 83 |
Seriya vaxtı | 51-88 dəqiqə |
Davametmə müddəti | 9 avqust 2014 — indiyədək |
Telekanal | Starz |
IMDb | ID3006802 |
starz.com/originals/outl… | |
Vikianbarda əlaqəli mediafayllar |
Didərgin (ing. Outlander) — Diana Qaboldonun eyni adlı zamanda səyahət romanı əsasında çəkilmiş Britaniya-Amerikan teleserialıdır. Ronald D. Mur tərəfindən inkişaf etdirilmiş, Sony Pictures Television və Left Bank Pictures-in prodüserliyi ilə yaradılmış serial 9 avqust 2014-cü ildə Starz kanalında yayımlanmağa başladı. Mövzuda ikinci dünya müharibəsi illərində orduda tibb bacısı kimi çalışan evli Kleir Randall (Kaitriona Balf) bir gün möcüzəli şəkildə özünü 1743-cü ilin Şotlandiyasıda tapır və burada döyüşçü Ceymi Frase (Sem Hyuqen) ilə tanış olduqdan sonar hadisələr öz cərəyanı ilə davam edir.[1][2]
İkinci kitaba əsaslanan ikinci mövsüm 13 seriadan ibarət olaraq 1 iyun 2016-cı ildə yayımlandı. Starz serial üçüncü və dördüncü mövsümlər üçün yenilədi və mövsümlərin kitab serialarına uyğun müvafiq şəkildə üçüncü və dördüncü kitablara əsaslanacağı bildirildi. 13 serialı üçüncü mövsüm 10 sentyabr 2017-ci ildə yayımlanmağa başladı.
Serialın soundtrektləri Bear Makkreri tərəfindən bəstələnib. Taytl musiqisinin sözləri Robert Stevensonun Sing me a Song of a Lad that is Gone şeirini Şotland xalq musiqisi olan The Skye Boat Song-un musiqisi ilə əvəzləyərək hazırlanıb.[5] İkinci fəsilin yarısına qədər serialda fransız abu havasına görə mahnı franzıca səsləndirildi.[6]