Dieqo Kao

Dieqo Kao
port. Diogo Cão
Dieqo Kao Konqoda yerli əhali ilə görüşərkən.
Dieqo Kao Konqoda yerli əhali ilə görüşərkən.
Doğum tarixi
Doğum yeri Villa Real, Portuqaliya krallığı
Vəfat tarixi məlum deyil
Atası Alvaro Fernandes
Anası Qonzales Kao
Milliyyəti Portuqal
Fəaliyyəti Səyyah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dieqo Kan (port. Diogo Cão) - Portuqaliyalı dəniz səyyahlarından biri. 1480-cı ildə Qərbi Afrika sahillərini kəşf etmişdir. Dieqo Kan uzun müddət Portuqaliyanın müstəmləkəsində qalmış Anqolanın tabe edilməsində xüsusi fərqlənmişdir.

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dieqo Kanın harada və neçənci ildə doğulması barədə dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda Portuqaliya krallığında Villa Real şəhərində 1452 -ci ildə Alvaro Fernandes və Qonzales Kaonun nikahdan kənar övladı olaraq doğulduğu göstərilmişdir. Portuqaliyalı dəniz səyyahlarının müxtəlif ərazilərə səfərlər təşkil etdiyi dövrdə, səfərlərə qatılmışdır. Dieqo Kanın ilk səfəri Afrika qitəsinin cənub istiqamətində başlamışdır. Gəmiçi Henrinin 1460-cı ildə vəfat etməsində sonra durğunluq dövrünü yaşayan Çoğrafi kəşflər Portuqaliya krallığının yeni kralı II İohanın taxta çıxmasından sonra yenidən canlanır. II İohanın əmri ilə Dieqo Kao Afrika qitəsinə səfərlərinə yenidən başlayır. 1482-ci ildə səfərdə olduğu müddətdə Dieqo Kao Konqo çayını və onun mənsəbini kəşf edir. Kan kəşf edilən ərazilərdə dərhal Padrao yerləşdirilməsinə göstəriş verirdi. Bu səbəbdəndir ki, hal-hazırda Qərbi və Şərqi Afrika sahillərində Dieqo Kao tərəfindən tikilmiş bir çox padrao hələ də mövcuddur.

Dieqo Kao tərəfindən Konqoda tikilmiş padrao.

Dieqo Kan Konqo çayınının mənsəbinə çatdıqda burada Avropalıların mövcudluğundan xəbərsiz olduğu Bakonqo Krallığı ilə əlaqə yaradır. Kao daha sonra Anqolaya səfər edir. Anqolada Kao tərəfindən tikilmiş Padraoda səfərin sona çatdığı göstərilmişdir. Anqolanın kəşf olunmasından sonra bu ərazinin tabe olunmasında Dieqo Kaonun böyük rolu olmuşdur. Kao 1484-cü ilin aprel ayında Lissabon şəhərinə qayıdır. Burada kral II İohan tərəfindən Portuqaliyaya göstərdiyi xidmətlərə görə cəngavər ordeni ilə təltif edilir. Kral eyni zamanda Dieqo Kaoya geniş torpaq sahəsi hədiyyə edir. Kao 1484–1486-cı illərdə Afrika qitəsinə ikinci səfərinə başlayır. Konqoda iki ədəd yeni Padrao yerləşdirir. Dieqo Kao ikinci səfərində cənuba doğru 1.400 km irəliləmişdir. 1485-ci ilin noyabr ayında xaç körfəzinin yaxınlığında yerləşən qayanın üzərinə belə bir yazı yazdırmışdır:

" Portuqaliya krallığının kralı II İohanın kapitanları Dieqo Kao, Pero Anes və Pero da Kosta burada olmuşdular. (1485, noyabr) "

Dieqo Kanın harada və hansı şəratidə ölməsi barədə heç bir məlumat yoxdur. Bəzi ehtimallara əsasən ikinci səfəri zamanı Konqoda yerli əhali tərəfindən öldürülmüşdür.

  • Tim Butcher: Blood River - A Journey To Africa's Broken Heart, 2007. ISBN 0-7011-7981-3
  • Barros, João de. Decadas da Asia, Decade i. bk. iii., esp. ch. 3
  • Ruy de Pina, Chronica d'el Rei D. Jodo II.
  • Garcia de Resende, Chronica
  • Luciano Cordeiro, Diogo Cão in Boletim of the Lisbon Geog. Soc., 1892