Dieu et mon droit

Şüar Şotlandiyadan kənarda istifadə edilən Birləşmiş Krallığın kral gerbinin üstündəki qalxanın altında oxunur.

Dieu et mon droitFransızca tələffüz: [djø e mɔ̃ dʁwa], [dyö e mon dğua], qəd. fr. Deu et mon droit), bu şüar [1][2] Birləşmiş Krallıq monarxlarının mottosudur.[2] Bu şüara Böyük Britaniya gerbinin üstündəki qalxanının altında rast gəlmək olar . [1] Şüarın ilk dəfə I Riçard (1157 – 1199) tərəfindən döyüşdə istifadə edildiyi və onun fransız əcdadına (həqiqətən də o, fransız və oksitanca danışırdı, lakin yalnız əsas ingiliscə bilirdi) və monarxın ilahi mənşəli idarəetmə hüququna istinad olduğu güman edilir.[3] Kral V Henri (1386 – 1422) [2] [3] [4] tərəfindən İngiltərənin kral şüarı kimi qəbul edilmiş, "və mənim hüququm" ifadəsi ilə Fransa tacına mənsub olduğu iddiasına istinad edilmişdir. [4]

  1. 1 2 "Coats of arms". The Official Website of the British Monarchy. 4 March 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2009.
  2. 1 2 3 Morana, Martin. Bejn kliem u storja: glossarju enċiklopediku dwar tradizzjonijiet – toponimi – termini storiċi Maltin (malta). Malta: Best Print. September 2011. səh. 59. ISBN 978-99957-0-137-6. OCLC 908059040. 5 October 2016 tarixində arxivləşdirilib.
  3. 1 2 Dieu Et Mon Droit on British Coins Arxivləşdirilib 2020-11-15 at the Wayback Machine Accessed 23 December 2008
  4. 1 2 Juliet Barker. Agincourt: The King, the Campaign, the Battle. Little, Brown Book Group. 2 September 2010. səh. 24. ISBN 978-0-7481-2219-6.