Dikson-Entrans boğazı | |
---|---|
ing. Dixon Entrance | |
Ümumi məlumatlar | |
Eni | minimum 80 km |
Uzunluğu | 80 km |
Yerləşməsi | |
54°22′00″ şm. e. 132°20′00″ q. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Hayda-Quain adasını Aleksandr arxipelaqından |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dikson-Entrans boğazı (ing. Dixon Entrance) -Boğaz Sakit okeanın şimal-şərqində Alyaska və Vaşinqton ştatları arasında yerləşir. Üstəlik boğaz Kanada və ABŞ sərhəddini təşkil edir. İnzibati cəhətdən isə ABŞ tərəfdən Alyaska ştatının və Kanadadan isə Britaniya Kolumbiyası ərazisini təşkil edir.
Boğaz Hayda-Quain adasını Aleksandr arxipelaqından ayırır. Ondan cənubda Hekate boğazı, şimalda isə Klarens boğazı ilə birləşir. Uzunluğu və eni 80 km təşkil edir. Boğaz əsasən buzlaşmanın nəticəsində əmələ gəlmişdir.
Boğaz Kanada və ABŞ arasında ərazi mübahisəsi olaraq qalır. Belə ki, Kanada A-B xətti deyilən anlayışa əsasən boğaz sularını beynəlxalq dəniz suları hesab edərək iki ölkə arasında sərhəd təşkil etdiyini bildirir. ABŞ isə suları ada ərazisinə daxil olduğunu iddia edir. Bununla belə ABŞ bu əraziləri öz dövlət xəritəsinə daxil etmir. Mübahisə əsasən balıqçılıq məsələlələrində ortaya çıxır. Boğaz 1788-ci ildə Cozef Banks tərəfindən Britaniya donanması kapitanı Corc Diksonun şərəfinə adlandırılmışdır. O boğaz ərazilərinin tədqiqi ilə məşğul olmuşdur. Boğazın hər iki sahilində Hayda xalqı yaşayır. Hayda xalqı boğazı "Seegaay" adlandırırlar. Bu da hayda dilində okean deməkdir.