Dilimli cәrgәvәr | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Dilimli cәrgәvәr |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Dilimli cərgəvər (lat. Polystichum aculeatum) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin cərgəvər cinsinə aid bitki növü.
Yarpaq ayası sərt dərilidir, ikiqat lələkvaridir, qışı keçirən, qaidəsinə doğru daralandır; ikinci cərgənin seqmentləri uzanmış ellipsşəkillidir, sivridir, qısa qalın saplaq üzərində çəpinə yerləşmişdir və ya demək olar ki, oturaqdır, qaidəsində sivri qulaqcıqlıdır, mişarvari-qılcıqlıdır. Saplaqları adətən qonur iri dəriciklə örtülüdür.
Soruslarları ovaldır, iridir, barverən damarcıqların orta hissəsindən yuxarıda yerləşmişdir.
İyul-sentyabr.
Böyük Qafqaz (Quba), Qobustan, Abşeron, (Bilgəhdə quyuların divarında), Böyük Qafqazın şərqi və qərbi, Kiçik Qafqaz şimalı və mərkəzi, Lənkəran ovalığı. Aşağı və orta dağ qurşağında.
Qaranlıq meşələrdə, çay dərələrində, əsasən daşlı və qayalı yerlərdə rast gəlinir.