"Dilin ucunda" — hər hansı tanınmış sözü xatırlaya bilməməkdir, unudulmuş söz haqqında müəyyən miqdarda məlumat yaddaşda yaranır. Unudulmuş sözün elə indi tapılacağı hissi var və onu xatırlamaq çox asandır, amma buna baxmayaraq xatırlanmır. Bu vəziyyət ağrılı və hətta obsesif ola bilər. Bu fenomen oklyuziyanın bir formasıdır və tanış sözü xatırlaya bilməməsi səbəbindən güclü frustrasiya hissi ilə müşayiət olunur.[1]
İngilisdilli elmi ədəbiyyatda bu hal "TOT-phenomenon" və ya "TOT-state" terminləri ilə xatırlanır (ing. tip-of-the-tongue "dilin ucunda fırlanır").[2]
Bu fenomen ilk dəfə 1890-cı ildə Vilyam Ceyms tərəfindən "Psixologiyanın prinsipləri " adlı fundamental əsərdə təsvir edilmişdir.
Fransız psixoterapevti Emil Kue bu problemi özünü hipnoz fenomeni və həddindən artıq iradi səyin bəzən məqsədə çatmaq yolunda əngəl törədə biləcəyi fikri ilə əlaqədar olduğunu qeyd etmişdir.[3]
Bu fenomenin ilk eksperimental tədqiqi Harvard tədqiqatçıları Rocer Broun və David MakNeyl tərəfindən aparılmışdır. Tədqiqatın nəticələri 1966-cı ildə "Verbal Learning and Verbal Behavior" jurnalında dərc edilmişdir. Broun və MakNeyl unudulmuş sözün "hal-hazırda" xatırlanacağı hissinin illüziya, yoxsa reallıq olduğunu öyrənmək istəyirdilər. Təcrübə iştirakçılarına nadir sözlərin tərifləri oxundu, sonra onların hansı sözü nəzərdə tutduqları soruşuldu. Bu zaman iştirakçı cavabın "dilin ucunda fırlandığını" hiss etdiyi anlar barədə tədqiqatçılara hesabat verməli idi. Bu halda ondan unudulmuş sözlə bağlı xatırlaya biləcəyi hər şeyi sadalamağı xahiş etdilər. Broun və MakNeyl müəyyən etdilər ki, bir çox hallarda iştirakçılar unudulmuş sözün ilk hərfini, hecaların sayını, heca modelini və ya sözdəki bəzi hərflərin sıra nömrəsini düzgün adlandıra bilirlər. Bəzən eyni mənalı və ya oxşar səsli sözləri də xatırlayırdılar. Beləliklə, unudulmuş "dilin ucunda fırlanan" sözünün həqiqətən də reallığa uyğun gəldiyi sübut edilmişdir.[4]
Bu fenomenin tədqiqatçılarından biri Bennet Şvartz yazır: "Mənim kitabım müasir koqnitiv psixoloqların "dilin ucunda" fenomeni haqqında bildiklərindən bəhs edir, lakin onlar az şey bilirlər və buna görə də kitabım çox nazikdir". Bu fenomen olduqca nadirdir və süni şəkildə induksiya edilə bilməz, buna görə də eksperimental şəraitdə onu öyrənmək çətindir. Hazırda bu fenomenin yaddaş pozğunluğu və ya nitq pozğunluğu olduğu belə məlum deyil.[1] Bu fenomenin ümumiyyətlə səbəbləri hazırda məlum deyil, lakin tanış sözləri unutma problemini izah etmək üçün istifadə edilə bilən bir neçə fərziyyə var, məsələn: