Dilək Gürsoy | |
---|---|
Dilək Gürsoy | |
Doğum tarixi | 1976[1] |
Milliyyəti | türk |
Təhsili | |
Tanınır | Avropada süni ürək implantasiya edən ilk qadın həkim |
Mükafatları |
"German Medical Award 2019" "İlin həkimi" (Almaniya) |
Dilək Gürsoy (türk. Dilək Gürsoy; 1976[1]) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah.[2][3]
Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur.[4][5][6] İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir.[5] Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi.[6] Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür.[6] Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur.[6] İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.[6] Ailəsinin,ürək-damar cərrahiyyəsinə yönələn yeganə fərdi idi.[2][7] Gələcək peşə karyerası olan cərrahlıq onun uşaqlıqdan bəri olan arzusu idi.[6]
Gürsoy məmləkəti Noysda yaşamağı çox sevir. Həftə sonları başqa şəhərdə işləməli olsa da, doğma şəhərinə mütləq qayıdır.[6]
Borussiya Münhenqladbax FK futbol klubunun fanatıdır,klubun üzvüdür və sezonluq biletinə sahibdir.[6]
Düsseldorf Universitetini bitirdikdən sonra həkim köməkçisi, mütəxəssis və tibbdə müdir köməkçisi vəzifələrində çalışıb.[6] Bundan əlavə, Essen, Bad Enhausendə və Duysburqda Reyner Körfer ilə tellər və xarici enerji mənbələri olmayan yeni süni ürək növü inkişaf etdirmək üçün çalışmışdır.[6][8] 2017-ci ildə Bremendə çalışdı.[6] 2019-cu ilin mart ayından Ziqburqdakı Helios klinikasında ürək cərrahiyyəsi şöbəsində məsləhətçi cərrah və LVAD proqramının direktoru vəzifəsində çalışır.[2]
Almaniya kansleri Angela Merkel Gürsoyun işi ilə maraqlandıqdan sonra onu 21 sentyabr 2017-ci ildə onunla görüşür.[6] Avropada süni ürək implantasiya edən ilk qadın həkim ünvanını qazandığı üçün Alman Tibb Klubu tərəfindən "Medizinerin des Jahres 2019" ("İlin həkimi 2019") mükafatına layiq görülür.[4]