Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xüsusi nisbilik nəzəriyyəsi |
---|
Dinamika — fizikada hərəkəti, onu doğuran səbəbi nəzərə almaqla öyrənən bölmədir. Mexanikanın səbəbiyyət prinsipi — cismin başlanğıc vəziyyəti və sürəti onun sonrakı mexaniki hərəkətini və vəziyyətini müəyyənləşdirir müddəasından ibarətdir. Ətalət — cismə qüvvə təsir etmədikdə öz sükunət və ya bərabərsürətli hərəkət halını saxlama xassəsidir. Kütlə — cismin ətalət ölçüsüdür. Deməli, cismin sükunət və düzxətli bərabərsürətli hərəkət halı, Əbülhəsən Bəhmənyarın XII əsrdə dediyi kimi, xarici təsirə məruz qalmayan bütün cisimlərin təbii halıdır. Qalileyin ətalət prinsipi — cisim xarici təsirə məruz qalmazsa, ya sükunətdə qalar, ya da sabit sürətli hərəkətini davam etdirər. Dinamikanın üç qanunu klassik və ya Nyuton mexanikasının əsasını təşkil edir:
Bu qanunlar Nyuton qanunları da adlanır. Bütün hərəkətlər müəyyən hesablama sisteminə görə öyrənilir. Ətalət hesablama sistemi (ƏHS)-dinamikanın birinci qanunu ödənilən hesablama sistemidir. Koordinat başlanğıcı Günəşin mərkəzində yerləşən hesablama sistemi ƏHS qəbul edilir. Bir hesablama sisteminə nəzərən sabit sürətlə hərəkət edən hesablama sistemi də ƏHS adlanır. Yer Günəşə nəzərən təcillə hərəkət etsə də bəzi hallarda Yerlə bağlı hesablama sistemi ƏHS kimi qəbul edilə bilər.
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |