Dinamo Zaqreb FK

Dinamo Zaqreb
Dinamo Zagreb
Loqonun şəkli
Klubun tam adı Gradjanski nogometni klub Dinamo Zagreb (Dinamo Zaqreb vətəndaş futbol klubu)
Ölkə
Ləqəb(lər) Modri, Plavi ("Mavilər")
Purgeri ("Vətəndaşlar")
Kodu Dinamo, ZGB
Yaranma tarixi 26 aprel 1911-ci il; "XŞK Qradjyanski"
9 iyun 1945 (79 il əvvəl) (1945-06-09); "FD Dinamo"
Stadionu Maksimir stadionu
Tutumu 35 123 nəfər (zəlzələnin vurduğu zərər səbəbi ilə 24 851-ə enib)
Prezidenti Velimir Zayets
Menecer Sergey Yakiroviç
Liqa Xorvatiya Futbol Liqası
2024–25 1
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

GNK Dinamo Zaqreb (tam adı: Qradjyanski noqometni klub Dinamo Zaqreb (xorv. Građanski nogometni klub Dinamo Zagreb)), Dinamo Zaqreb və ya sadəcə Dinamo— Xorvatiyanın Zaqreb şəhərini təmsil edən peşəkar futbol klubu. Klub ev oyunlarını Maksimir stadionunda oynayır. "Dinamo" iyirmi beş dəfə Xorvatiya Futbol Liqasının (Prv HNL), on altı dəfə Xorvatiya Kubokunun, səkkiz dəfə Xorvatiya Super Kubokunun və bir Şəhərlərarası Yarmarka Kubokunun qalibi olaraq Xorvatiya futbolunun ən uğurlu klubudur. Klub 1946-cı ildən 1991-ci ilə qədər Yuqoslaviya Birinci Liqasının, daha sonra isə 1993-cü ildə yarandığı gündən bəri Xorvatiya Futbol Liqasının üzvü olmuşdur.

İkinci Dünya Müharibəsinin sonunda Yuqoslaviyanın yeni kommunist hökuməti "XŞK Qradjyanski" kimi Xorvat klublarını faşist və millətçi hesab edirdi. Buna səbəb bu klubların müharibə zamanı Məhvər dövlətlərinin üzvü olan keçmiş Müstəqil Xorvatiya Dövlətinin hakimiyyəti altında fəaliyyət göstərmiş olmaları idi. Beləliklə, bu bklublar rəsmi olaraq ləğv edilmiş və 1945-ci ildə "XŞK Qradjyanski"nin qeyri-rəsmi varisi kimi "FD Dinamo" futbol klubub təsis edildi. Onlar Yuqoslaviya Birinci Liqasının ilk mövsümündə, 1946-47 mövsümündə oynayaraq ikinci yeri tutdular. Klub 1947-48 mövsümünü isə Yuqoslaviya çempionu kimi başa vurdular ki, bu da onların ilk böyük kuboku idi. Klub bundan sonra liqada daha üç dəfə, Yuqoslaviya Kubokunda isə yeddi dəfə qələbə qazanıb. Yuqoslaviyanın dağılması və Xorvatiya futbol liqa sisteminin formalaşması ilə Dinamo 1991-ci ildə Yuqoslaviya liqasını tərk etdi. “Dinamo” 1966-67 Yarmarkalar Kubokunda finalda "Lids Yunayted"i məğlub edib qələbə qazanaraq bu günə qədər Avropa kubokunu qazanmış yeganə Xorvatiya klubu olmuşdur. Onlar daha əvvəl eyni turnirdə 1963-cü ildə "Valensiya"ya uduzaraq ikinci yeri tutmuşdular.

1990-cı illərin əvvəllərinə qədər klubun yaranma ili 1945-ci il hesab edilsə də, Yuqoslaviyanın parçalanması zamanı yaranan siyasi qarışıqlıqlar zamanı klub İkinci Dünya Müharibəsindən əvvəlki "Qradjyanski Zaqreb" və "XAŞK" klublarına birbaşa nəsil iddiası irəli sürməyə başladı. Bunu əks etdirmək üçün klub 1991-ci ilin iyununda "XAŞK Qradjyanski" adlandırıldı və 1993-cü ilin fevralında "Xorvatiya Zaqreb" adlandırılana qədər bu ad istifadə edildi. Klub bu dövrdə beş liqa titulu daha əldə etdi və 14 fevral 2000-ci ildə daha çox tanınan "Dinamo Zaqreb" adına geri qayıtmazdan əvvəl UEFA Çempionlar Liqasının 1998-99 və 1999-2000 sezonlarının qrup mərhələlərində bu adla iştirak etdilər. Klubun adı bir müddət gündəmdən uzaqlaşsa da, 2011-ci ildə klub rəhbərliyi yenidən "Dinamo"nun "Qradjyanski" klubunun (1911-ci ildə qurulub 1945-ci ildə ləğv edilmiş) birbaşa ardıcılı olduğunu iddia etməyə başladı və həmin ilin aprelində klubun rəsmi adının başına " Qradjyanski" ifadəsi artırıldı. Nəticədə klub indiki "GNK Dinamo" (xorv. Građanski nogometni klub Dinamo – "Dinamo vətəndaş futbol klubu") adını aldı.

Komandanın ənənəvi rəngi son dövrlərdə Avropa matçları üçün daha tünd göy ilə əvəz edilən kral mavisidir. Klubun ən böyük rəqibi Hayduk Splitdir və bu iki komanda arasındakı matçlar "Əbədi Derbi" adlanır.

Müvəffəqiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Dinamo Zaqreb" 25 Prva HNL titulluna sahibdir ki, bu da Xorvatiya futbolunda ən yüksək göstəricidir.[1] Klub dörd dəfə liqada ikinci olub və yalnız dörd dəfə Prva HNL mövsümünü yekun sıralamadakı ilk iki yerdən kənarda başa vurublar.[2] Komanda eyni zamanda Xorvatiya Kubokunun da ən uğurlu iştirakçısıdır. Onlar indiyə qədər Kubokun 29 mərhələli finalından 23-də oynamış və 16-də qalib gəlmişdirlər.[3] Bundan əlavə, "Dinamo" həm də Xorvatiya Superkubokunun ən çox tituluna sahib klubdur. Onlar Superkubokda on bir matç oynamış və səkkiz dəfə qalib gəlmişdirlər. Bundan əlavə, komanda 1996-1998, 2007-2009, 2011-2012, 2015-2018 və ən son 2020–2021-ci il mövsümündə həm Prva HNL çempionu, həm də Xorvatiya Kubokunun qalibi olmaqla on iki dəfə ikiqat qələbə əldə etməyi bacarıb.[4]

Dinamo Yuqoslaviya futbol liqası sistemində mübarizə apardığı dövrdə doqquz dəfə Yuqoslaviya Birinci Liqasının çempionu və səkkiz dəfə Yuqoslaviya Kubokunun qalibi olub. Klub ümumilikdə 69 rəsmi yerli titul və bir beynəlxalq turnirin qalibi olmuşdur. "Dinamo Zaqreb" "XŞK Qradjyanski" dövründə qazanılan titulları da özünkü kimi iddia edir (kursivlə qeyd olunub).

Xorvatiya futbol liqası sistemi

[redaktə | mənbəni redaktə et]
  • Xorvatiya Futbol Liqası|Prva HNL
    • Qələbələr (25, rekord): 1992–93, 1995–96, 1996–97, 1997–98, 1998–99, 1999–00, 2002–03, 2005–06, 2006–07, 2007–08, 2008–09, 2009–10, 2010–11, 2011–12, 2012–13, 2013–14, 2014–15, 2015–16, 2017–18, 2018–19, 2019–20, 2020–21, 2021–22, 2022–23, 2023–24
  • Xorvatiya Kuboku
    • Qələbələr (17, rekord): 1993–94, 1995–96, 1996–97, 1997–98, 2000–01, 2001–02, 2003–04, 2006–07, 2007–08, 2008–09, 2010–11, 2011–12, 2014–15, 2015–16, 2017–18, 2020–21, 2023-24
  • Xorvatiya Super Kuboku
    • Qələbələr (8, rekord): 2002, 2003, 2006, 2010, 2013, 2019, 2022, 2023
  • Xorvatiya Birinci Liqası
    • Qələbələr (2): 1941,1943
  • Xorvatiya Futbol Kuboku
    • Qələbələr (1): 1941

Yuqoslaviya futbol liqası sistemi

[redaktə | mənbəni redaktə et]
  • Yuqoslaviya Birinci Liqası
    • Qələbələr (9): 1923, 1926, 1928, 1936–37, 1939–40, 1947–48, 1953–54, 1957–58, 1981–82
    • Qələbələr (8): 1938, 1951, 1959–60, 1962–63, 1964–65, 1968–69, 1979–80, 1982–83

Beynəlxalq, kontinental (2)

[redaktə | mənbəni redaktə et]

İkiqat qələbələr

[redaktə | mənbəni redaktə et]
  • Liqa və Kubok (13, rekord): 1995–96, 1996–97, 1997–98, 2006–07, 2007–08, 2008–09, 2010–11, 2011–12, 2014–15, 2015–16, 2017–18, 2020–21, 2023–24

Avropa futbolunda

[redaktə | mənbəni redaktə et]

GNK Dinamo ilk Avropa Kuboku matçını 1958-ci ildə Çexoslovakiyanın Dukla Praqa komandasına qarşı oynayıb. Dinamo həm yerli, həm də Avropa futbolunda ən uğurlu dövrünü 1960-cı illərdə keçirib. Klub Avropadakı Şəhərlərarası Yarmarka Kubokunda iki uğurlu oyun keçirmiş və iki dəfə finala yüksəlmişdir. O, 1963-cü ildəki finalda "Valensiya"ya uduzsa da, 1967-ci ildə İngiltərənin “Lids Yunayted” komandasına qalib gələrək kubokun sahibi olub. "Dinamo" 1960-61-ci illərdə UEFA Kuboklar Kubokunun yarımfinalında, 1964-65 və 1969-70 sezonlarında isə 1/4 finalında oynamışdır. Klub UEFA Avropa Liqasının 2020-21 sezonunda 1/4 finalına, 2018-19 sezonunda isə 1/8 finalına yüksəlib. "Dinamo" 1976-cı ildə Balkan Kubokunun da qalibi olub.

Turnirə görə

[redaktə | mənbəni redaktə et]

Qeyd: Bu xülasəyə UEFA tərəfindən təsdiq olunmayan və UEFA-nın Avropa üçün rəsmi statistikasında nəzərə alınmayan Yarmarka Kuboku çərçivəsində keçirilmiş matçlar da daxildir.
Ləvğ edilmiş turnirlər kursivlə qeyd edilib.
O = Oynanılan oyunlar; Q = Qələbələr; H = Heç-heçələr; M = Məğlubiyyətlər; QV = Vurulan qollar; QB = Buraxılan qollar

Turnir O Q H M QV QB Oynadığı sonuncu sezon
UEFA Çempionlar Liqası
Avropa Kuboku
160 67 33 60 241 216 2023–24
UEFA Avropa Liqası
UEFA Kuboku
139 56 31 52 196 166 2023–24
UEFA Konfrans Liqası 8 4 1 3 12 6 2023–24
UEFA Kuboklar Kuboku 31 11 6 14 31 38 1994–95
Yarmarkalar Kuboku 39 16 10 13 65 47 1970–71
Ümumi 377 154 81 142 545 473

Sonuncu dəfə 22 fevral 2024-cü ildə, GNK Dinamo 1:1 Real Betis matçından sonra yenilənib. Mənbə:UEFA.com

Ümumi O Q H M QV QB QF
Ev1 187 94 43 50 340 206 +134
Səfər2 190 60 38 92 210 274 −64
Ümumi 377 154 81 142 545 473 +66

Sonuncu dəfə 22 fevral 2024-cü ildə, GNK Dinamo – Real Betis 1:1 matçından sonra yenilənib. Mənbə: UEFA.com

UEFA Klub reytinqində

[redaktə | mənbəni redaktə et]
Sıra Klub Koefisent
36 Belçika Brügge FK 43.000
37 Portuqaliya Sportinq Lissabon FK 42.500
38 Niderland PSV Eyndhoven FK 41.000
39 Xorvatiya Dinamo Zaqreb 41.000
40 Danimarka Kopenhagen FK 40.500
41 İtaliya Latsio FK 40.000
42 Serbiya Srvena Zvezda FK 39.000

Hazırki heyət

[redaktə | mənbəni redaktə et]
14 avqust 2024 tarixində yenilənib[5]
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Xorvatiya GK Daniel Zaqorats
2 İran DF Sadiq Muharrəmi
3 Yaponiya DF Takuya Ogivara (Urava Red Daymonsdan icarəyə götürülüb)
4 İspaniya DF Raul Torrente
5 Şimali Makedoniya MF Ariyan Adəmi (kapitan)
6 Fransa DF Maksim Bernaer
7 Xorvatiya MF Luka Stoykoviç
8 Xorvatiya MF Lukas Kaçavenda
9 Xorvatiya FW Bruno Petkoviç
10 Xorvatiya MF Martin Baturina
11 Albaniya MF Arber Hoca
13 Mərkəzi Afrika Respublikası DF Semi Mmae
14 İspaniya DF Yan Oliveras (Romadan icarəyə götürülüb)
17 Xorvatiya FW Sandro Kulenoviç
18 Fransa DF Ronael Pyer-Qabriel
Nömrə Ölkə Mövqeyi Futbolçu
19 Kolumbiya FW Xuan Kordoba
20 Xorvatiya FW Marko Pyatsa
22 Şimali Makedoniya DF Stefan Ristovski
23 Xorvatiya GK İvan Filipoviç
25 Xorvatiya MF Petar Suçiç
27 Xorvatiya MF Yosip Mişiç
28 Fransa DF Kevin Teofil-Ketrin
30 Xorvatiya MF Marko Roq (Kalyaridən icarəyə götürülüb)
33 Xorvatiya GK İvan Nevistiç
35 Xorvatiya DF Noa Mikiç
36 Xorvatiya MF Luka Vrbançiç
39 Xorvatiya DF Mauro Perkoviç
55 Xorvatiya DF Dino Periç
77 Xorvatiya FW Dario Şpikiç

Müqavilə altında olan digər oyunçular

[redaktə | mənbəni redaktə et]
Nömrə Ölkə Mövqeyi Futbolçu
21 Xorvatiya MF Marko Brkyalça
32 Bosniya və Herseqovina GK Faris Krkaliç
97 Avstraliya FW Deni Yuriç
Nömrə Ölkə Mövqeyi Futbolçu
Xorvatiya DF Daniel Şteful
Xorvatiya MF Petar Boçkaj

İcarədə olanlar

[redaktə | mənbəni redaktə et]
Nömrə Ölkə Mövqeyi Futbolçu
15 Xorvatiya DF Moreno Jivkoviç ( Xorvatiya, Lokomotiva Zaqrebdə, 26 iyun 2025-ədək)
31 Xorvatiya MF Marko Bulat ( Belçika, Standard Lyejdə, 30 iyun 2025-ədək)
Nömrə Ölkə Mövqeyi Futbolçu
70 Bosniya və Herseqovina MF Luka Menalo ( Sloveniya, Selyedə, 19 yanvar 2025-ədək)
Xorvatiya GK Nikola Çavlina ( Xorvatiya, Osiyekdə, 19 iyun 2025-ədək)
  1. Purić; Herceg; Kramaršić. "Croatia – List of Champions". Rec.Sport.Soccer Statistics Foundation. 18 July 2013. 24 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2014.
  2. "Povijest Prvenstva HNL-a" [History of the HNL Championship]. Nogometni-magazin.com (xorvat). 2006. 29 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2014.
  3. Stokkermans. "Croatia – Cup Finals". Rec.Sport.Soccer Statistics Foundation. 3 October 2013. 14 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2014.
  4. "Dosadašnji pobjednici (prvenstvo/kup/superkup)" [Past winners (championship/cup/supercup)] (xorvat). Udruga profesionalnih klubova Prve hrvatske nogometne lige. 2013. 31 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 April 2014.
  5. "Players". GNK Dinamo Zagreb. 21 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2022.