Şəhər | |
Dipkarpaz | |
---|---|
35°36′04″ şm. e. 34°22′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 133 m |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Dipkarpaz (yun. Ριζοκάρπασο / Rizokarpazo) ― Şimali Kipr Türk Respublikasında, Karpaz yarımadasında yerləşən kiçik şəhər. De jure olaraq Kipr Respublikasının Flamaqusta rayonunda, de fakto olaraq Şimali Kipr Türk Respublikasının İskələ rayonundadır. Əhalisinin böyük hissəsini türklər təşkil etsə də az sayıda yunan da yaşayır. 2011-ci ilin siyahıalmasına əsasən əhalisi 2.349 nəfərdir.
Dipkarpazda yunanların tez-tez ziyarət etdikləri Apostopolos Andreas monastırı yerləşir.
Finikiyalıların burada yaşadığı dövrdə — IV əsrdə tikilmiş kilsə yerli əhalini xristiyanlaşdıran Müqəddəs Filonun adını daşıyır. Əslində kilsə Roma və Yunan dövründən qalma xarabalıqlar üzərində tikilmişdir.
Hazırda da fəaliyyət göstərən ortodoks monastırıdır. Əsası 15-ci ildə kiçik kilsə şəklində qoyulmuşdur. Monastır xristianlar tərəfindən səyahətçilərin qoruyucusu, küləklərin hakimi hesab edilən və İsa tərəfindən ilk dəfə papalığa çağırılan Müqəddəs Apostopolos Andreasın adını daşıyır.
XX əsrə qədər şəhər əhalisi ipək istehsalı və ticarətlə məşğul olmuşdur. İkinci əsas sahə tütünçülük idi. Bir neçə il ərzində şəhər Kiprin tütün mərkəzinə çevrilmişdir. 1974-cü ildən tütün istehsalı zəifləmiş və tütün hazırda Türkiyəyə ixrac olunur. Türkiyədə hazırlanan Bafra, Gəlincik və Sipahi siqaret markalarının adları bu şəhərin yaxınlığındaki kəndlərə verilmişdir.
Yerli əhali taxıl və keçibuynuzu istehsalı ilə də məşğuldurlar.
Şəhərin ən məşhur idman klubu Dipkarpaz İdman Klubudur. 1978-ci ildə yaradılmışdır. Klubun futbol şöbəsi hazırda ŞKTR-nın 3-cü liqasında mübarizə aparır.[2][3]