Diqqət mərkəzində (film, 2015)

Diqqət mərkəzində
ing. Spotlight
Janr dram filmi[1][2][…], bioqrafik film
Əsas mövzu araşdırmaçı jurnalistika[3]
Baş rollarda
Bəstəkar
İstehsalçılar Participant[d]
Distribütor Open Road Films[d], InterCom[d][8], Netflix, Hulu[d]
İlk baxış tarixi 3 sentyabr 2015[9]
Müddət 127 dəq.[4]
Büdcə 20.000.000 $[10]
Gəlir 88.346.473 $[11]
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Toronto, Hamilton, Boston
IMDb ID1895587
Mükafatları Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı filmə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diqqət mərkəzində (ing. Spotlight) — rejissor (ing. Thomas Joseph "Tom" McCarthy) tərəfindən çəkilmiş Amerikan filmidir. Ssenari (ing. Josh Singer) ilə birgə əməkdaşlığı nəticəsində (ing. Tom McCarthy) tərəfindən yazılmışdır və Bostonda kardinal (ing. Bernard Francis Law)un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır.

Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb.

2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.

1976-cı ildə Boston polis idarəsində iki polis məmuru katolik keşişi Con Qoqanın uşaq təcavüzünə görə həbs olunmasını müzakirə edir. Daha sonra rayon prokurorunun köməkçisi məntəqəyə daxil olur və polislərə tapşırır ki, baş verənlər barədə mətbuatın xəbər tutmasına izin verməsinlər. Həbs durdurulur və keşiş buraxılır. 2001-ci ildə "The Boston Globe" yeni baş redaktor Marti Baronu işə götürür. O, hazırlanması aylar tələb edən jurnalist araşdırması aparan kiçik bir jurnalist qrupunun — "Diqqət mərkəzində" komandasının redaktoru Uolter "Robbie" Robinson ilə görüşür. Baron, Boston arxiyepiskopu kardinal (ing. Bernard Francis Law)nun, keşiş Con Qoqanın uşaqlara cinsi təcavüz etdiyini bildiy halda ona mane olmaq üçün heç bir şey etmədiyini iddia edən vəkil Mitçell Qarabedyan haqqında "The Boston Globe" qəzetində məlumat oxuduqdan sonra "Diqqət mərkəzində" komandasını araşdırma aparmağa çağırır. Jurnalist Maykl Rezendes əvvəlcə müsahibə verməkdən imtina edən Qarabedyanla əlaqə saxlayır. Baxmayaraq ki, Rezendesə "Diqqət mərkəzində" komandasından olduğunu açıqlamamaq tapşırılsada, Rezendes bu barədə danışır və Garabedyanı danışmağa inandırır.

Əvvəlcə hər dəfə yeni iş yerinə göndərilən bir keşişin hekayəsini araşdırdıqlarını düşünən "Diqqət mərkəzində" komandası Massaçusetsdəki katolik keşişlər tərəfindən uşaqlara qarşı cinsi zorakılıq hallarının üstünü açmağa başlayır, Boston Yeparxiyası isə zorakılıq hadisələrini gizlətməyə davam edirdi. "Keşiş zorakılığının qurbanları" insan haqları qrupunun rəhbəri Fil Saviano vasitəsilə qrupun üzvləri "The Globe"un müxbiri Saşa Pfayferə müsahibə verir və bu, komandanın axtarışını 13 keşişə qədər genişləndirməsinə səbəb olur. Pedofil keşişlər üçün reabilitasiya kursları təşkil etməyə cəhd edən keçmiş keşiş Riçard Sipe vasitəsilə onlar öyrənirlər ki, onun onilliklər ərzindəki təcrübəsinə əsasən, keşişlərin 50%-i tənha deyil, onların əksəriyyətinin digər böyüklərlə münasibəti var. O, həmçinin jurnalistləri təəccübləndirir. Onun hesablamalarına görə komandanın pedofil-keşişlərin sayına dair təxminləri yalnışdır və Bostonda təxminən 90 təcavüzkar- keşiş olmalıdır (keşişlərin ümumi sayının 6%-i). "Diqqət mərkəzində" komandası araşdırma apararaq 87 nəfərin adı çəkilən siyahı tərtib edir və komanda şübhələrini təsdiqləmək üçün təcavüz qurbanlarını axtarmağa başlayır.

11 sentyabr hadisəsi baş verdikdə, qrup istintaqın prioritetini aşağı salmaq məcburiyyətində qalır. Rezendes Qarabedyandan Kardinal (ing. Bernard Francis Law)nun problemdən xəbərdar olduğunu və buna məhəl qoymadığını təsdiqləyən ictimaiyyətə açıq sənədlərin olduğunu öyrəndikdən sonra onlar yenidən sürət artırırlar. Rezendes, daha çox uşaq zərər çəkmədən və mövzu rəqib qəzetlər tərəfindən dərc edilmədən araşdırmanın dərc edilməsində israr etsə də, Robinson əvvəlki kimi sistemin probleminin daha aydın açıqlanması üçün araşdırmaları davam etdirməkdə qərarlı idi. "The Boston Globe" məhkəməni qazandıqdan və mənzərəni daha geniş ortaya qoyan daha çox hüquqi sənədlər aldıqdan sonra "Diqqət mərkəzində" komandası nəhayət hekayəni yazmağa başlayır və araşdırmanın nəticələrini 2002-ci ilin əvvəlində dərc etməyi planlaşdırır.

Onlar buraxılışı çap etməyə hazırlaşanda Robinson komandaya etiraf edir ki, 1993-cü ildə vəkil Erik MakLeyş ona 20 pedofil-keşişin adı olan siyahı göndərib, lakin o, bu siyahıya əhəmiyyət verməyib. Lakin Baron onu və komandasının cinayətləri ifşa etmək səylərini tərifləməyə davam edir. Hekayə Kardinal Lounun laqeyidsizliyini ifşa edən sənədlərə istinadla və zərərçəkmişlər üçün telefon nömrəsi ilə çap olunur. Ertəsi gün səhər "Diqqət mərkəzində" komandası zərərçəkənlərin saysız zəngləri ilə qarşılaşır və onların hekay6ələrini dinləyir.

Mətn epiloqunda qeyd olunur ki, kardinal (ing. Bernard Francis Law) 2002-ci ilin dekabrında istefa verib və nəticədə Romadakı (it. Basilica di S.Maria Maggiore) göndərilib. Sonra ABŞ-də və dünyanın müxtəlif yerlərində keşişlərin cinsi zorakılığı ilə bağlı böyük qalmaqalların baş verdiyi şəhərlərin siyahısı sadalanır.

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
Mükafat Mərasim tarixi Kateqoriya Namizəd(lər) Nəticə
Venesiya Film Festivalı 2015 Brian Award ing. Thomas Joseph "Tom" McCarthy Qələbə
Silver Mouse ing. Thomas Joseph "Tom" McCarthy Qələbə
Nyu-York film tənqidçiləri cəmiyyəti mükafatı
(New York Film Critics Circle)
2015 Ən yaxşı aktyor Maykl Kiton Qələbə
(ing. Satellite Award) 2015 Ən yaxşı film Qələbə
Ən yaxşı rejisor işi ing. Thomas Joseph "Tom" McCarthy Qələbə
Ən yaxşı orijinal ssenari ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer Qələbə
Ən yaxşı aktyor heyəti Qələbə
İkinci planın ən yaxşı kişi aktyoru Mark Ruffalo Nominasiya
İkinci planın ən yaxşı kişi aktyoru Maykl Kiton Nominasiya
İkinci planın ən yaxşı qadın aktyoru Reyçel Makadams Nominasiya
Ən yaxşı orijinal musiqi Hovard Şor Nominasiya
«Oskar mükafatı» 28 fevral 2016 Ən yaxşı film ing. Michael Sugar, ing. Steve Golin, ing. Nicole Rocklin, ing. Blye Pagon Faus Qələbə
Ən yaxşı rejisor işi ing. Thomas Joseph "Tom" McCarthy Nominasiya
Ən yaxşı orijinal ssenari ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer Qələbə
Ən yaxşı ikinci plan kişi rolu Mark Ruffalo Nominasiya
Ən yaxşı ikinci plan qadın rolu Reyçel Makadams Nominasiya
Ən yaxşı montaj Tom MakErdal Nominasiya
"BAFTA"
(ing. British Academy of Film and Television Arts)
14 fevral 2016 Ən yaxşı film ing. Michael Sugar, ing. Steve Golin, ing. Nicole Rocklin, ing. Blye Pagon Faus Nominasiya
Ən yaxşı ikinci plan kişi rolu Mark Ruffalo Nominasiya
Ən yaxşı orijinal ssenari ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer Qələbə
Qızıl qlobus mükafatı
(ing. Golden Globe Award)
10 yanvar 2016 Ən yaxşı film - drama ing. Michael Sugar, ing. Steve Golin, ing. Nicole Rocklin, ing. Blye Pagon Faus Nominasiya
Ən yaşı rejissor işi ing. Thomas Joseph "Tom" McCarthy Nominasiya
Ən yaxşı ssenari ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer Nominasiya
ABŞ kinoaktyorlar birliyi mükafatı
(ing. Screen Actors Guild Award)
30 yanvar 2016 Bədii filmdə ən yaxşı aktyor heyəti Qələbə
Ən yaxşı ikinci plan qadın rolu Reyçel Makadams Nominasiya
Amerika rejissorlar birliyi mükafatı
(ing. Directors Guild of America Award)
2016 Bədii filmdə ən yaxşı rejissorluq ing. Thomas Joseph "Tom" McCarthy Nominasiya
ABŞ yazıçılar birliyi mükafatı
(ing. Writers Guild of America Award)
2016 Ən yaxşı orijinal ssenari ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer Qələbə
«Devid di Donatello» 2016 Ən yaxşı xarici film ing. Thomas Joseph "Tom" McCarthy Nominasiya
"Müstəqil ruh"
(ing. Independent Spirit)
2016 Ən yaxşı film ing. Michael Sugar, ing. Steve Golin, ing. Nicole Rocklin, ing. Blye Pagon Faus Qələbə
Ən yaxşı rejissorluq Qələbə
Ən yaxşı ssenari ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer Qələbə
Ən yaxşı montaj Tom MakErdal Qələbə
Robert Oltmen mükafatı Qələbə
London film tənqidçiləri dərnəyi mükafatı
(ing. London Critics Circle Film Awards)
2016 İlin ən yaxşı filmi Nominasiya
Ən yaxşı ikinci plan aktyoru Maykl Kiton Nominasiya
Ən yaxşı ssenari ing. Thomas Joseph "Tom" McCarthy, ing. Josh Singer Qələbə

"Diqqət mərkəzində" filmi 1952-ci il (ing. The Greatest Show on Earth) filminin antirekordunu təkrarladı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

"Church allowed abuse by priest for year" - 2002-ci ildə "The Boston Globe"un dərc etdiyi məqalə.