Disentra | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Disentra |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Cinsin adı yunancadan "ikimahmızlı" kimi tərcümə olunur. Adı çiçəyin quruluşu ilə izah olunur. Bu cinsə 20 növ daxildir. Vətəni Asiya və Şimali Amerikadır. Gülçülükdə təxminən 10 növündən istifadə olunur. Onlardan 3 növü xüsusilə geniş yayılmışdır. Gözəl disentra (D.spectabilis) gövdəsinin hündürlüyü 60 sm-ə çatan bitkidir. Sallaq gülləri salxımşəkilli çiçək qrupunda toplanmışdır. Çiçək tacının rəngi çəhrayı, ya da qırmızıdır. Bu bitkinin vətəni Çin və Koreyanın dağ rayonlarıdır. 1810-cu ildən gülçülükdə istifadə olunur. Növün bağ forması var: alba hort. çiçəklərinin ağ rəngi ilə fərqlənir. Şimali Amerika gülçülüyündə disentranın 2 alçaqboylu növündən istifadə edilir: gözəl disentra (D. formosa) və görkəmli disentra (D. eximina). Disentra yaşıl qələmlərlə çoxaldılır. Bitkini yazda kök qələmləri ilə də çoxaltmaq olar. Yazda çiçəkləməsi üçün onu payızda dibçəyə köçürmək və fevrala qədər sərin otaqda saxlamaq lazımdır.
Disentra:The Plant List saytında takson barədə məlumat. (ing.)