Dizaltı arteriya

Dizaltı arteriya
Şəkil
Şəkil
Dizaltı çuxurda yerləşmiş dizaltı arteriya
Şəkil2
Şəkil2
Dizaltı çuxurun limfa düyünləri
Latınca Arteria poplitea
Qrey subyekt 159 632
Təchizatı Diz oynağı
Başlanır Bud arteriyası
Şaxələri Ön qamış arteriyas, dal qamış arteriyas.
Əzələ şaxələri.

Dizaltı arteriyanın oynaq şaxələri:

  1. Dizin bayır yuxarı;
  2. Dizin içəri yuxarı;
  3. Dizin orta;
  4. Dizin bayır aşağı;
  5. Dizin içəri aşağı.
Vena Dizaltı vena
MeSH Popliteal+Artery
Dorlands/Elsevier     12155539

Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnindiz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı venalat. V. poplitea dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış sinirilat. N. tibialis isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir.

Dizaltı arteriya dizaltı əzələnin aşağı kənarında iki uc şaxəyə bölünür:

Dizaltı arteriya uc şaxələrdən başqa dahaiki növ: əzələ və oynaq şaxələri verir.

Əzələ şaxələri

[redaktə | mənbəni redaktə et]

Əzələ şaxələri özlüyündə iki qrupa bölünür: yuxarı və aşağı. Yuxarı əzələ şaxələri baldırı bükücü əzələlərin, budu yaxınlaşdırıcı böyük əzələnin və enli əzələnin aşağı uclarını qidalandırır və lat. aa. perforautes ilə anastomozlaırlar. Aşağı əzələ şaxələri isə (lat. aa. surales) dizaltı əzələni, baldırın üçbaşlı əzələsinin yuxarı hissəsini, dizaltı çuxur fassiyasını və dərini qidalandırır.

Oynaq şaxələri

[redaktə | mənbəni redaktə et]

Dizaltı arteriyanın oynaq şaxələri beşdir:

  1. Dizin bayır yuxarı arteriyası — lat. arteria genus superior lateralis;
  2. Dizin içəri yuxarı arteriyası — lat. arteria genus superior medialis;
  3. Dizin orta arteriyası — lat. arteria genus media;
  4. Dizin bayır aşağı arteriyası — lat. arteria genus inferior lateralis;
  5. Dizin içəri aşağı arteriyası — lat. arteria genus inferior medialis.

Bu damarlar diz oynağı kapsulunda şaxələnərək bir-birilə anastomozlaşırlar və diz oynağı torunda iştirak edirlər.

Klinik əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Təcili surətdə qanaxmanı saxlamaq üçün dizaltı arteriya əl ilə dizaltı çuxurun ortasına sıxılır, ya da dizaltı çuxura tampon qoyduqdan sonra qıç diz oynağında bükülmüş vəziyyətdə sarınır. Dizaltı arteriyada nəbzi təyin edərkən baldır bir qədər bülülməlidir. Cərrahi müdaxilə zamanı dizaltı arteriyanı əldə etmək məqsədilə kəsik dizaltı çuxurun boylama oxu üzrə vertikal istiqamətdə 10-12 sm uzunluğunda aparılmalıdır.