Dizdar (fars. qala keşikçisi) — Osmanlı imperiyası dövründə qalaların idarə olunmasından məsul olan komandirlərə verilən addır. Qalanın xarici təhlükələrdən mühafizə və müdafiə edilməsi, eyni zamanda da qalanın daxilində nizam-intizamın yaradılması dizdarın vəzifəsi idi. Bəylərbəyinin, sancaqbəyinin və qazıların dizdarları işdən çıxarmaq səlahiyyətləri var idi.[1] 1826-cı ildən bu vəzifə qala komandanlığı ilə əvəz olunmuşdur.