Dizenteriya pulikariyası

Dizenteriya pulikariyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dizenteriya pulikariyası (lat. Pulicaria dysenterica) — bitkilər aləminin mürəkkəbçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin pulikariya cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Çoxillik, hündürlüyü 25–60 (80) sm, gövdəsi düz, adətən qalxanvari, bəzən isə süpürgəvari budaqlı, bozumtul-yaşıl, qısa yumşaq tüklü bitkidir. Yarpaqları oturaq, yumşaq, uzunsovlansetvari, ucu biz, üstdən kələkötür tüklü, altdan bozumtul keçəvari tüklü, qıraqları bütöv və ya xırda diş-dişlidir. Səbətləri yarımkürəvari oval, 7–10 mm enində, adətən, yarpaqlı uzun ayaqcıq üstündə yerləşir. Sarğısı keçəvari tüklü, yarpaqcıqları dar lansetvarixəttvari, ucubizdir. Kənar çiçəklərinin dilcikləri sarı, dar xəttvari, əyilmişdir. Toxumcaları 1 mm uzunluqda, uzunsov zəif tüklüdür, kəkili ağ, toxumcadan 3–4 dəfə uzundur.

Mənşəyi və yayılması

[redaktə | vikimətni redaktə et]

Dizenteriya pulikariyası kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Orta və Cənubi Avropa, Şimali Afrika, İran, Əfqanıstan, Rusiya, Ukrayna və Qafqazda yayılmışdır. Azərbaycanda dizenteriya pulikariyası arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Alazan-Əyriçay vadisi, Böyük Qafqazın Quba massivi və şərq rayonları, Naxçıvanın dağlığ hissəsində bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | vikimətni redaktə et]

Hiqromezofitdir, çal-çəmən və alaq bitkilik tiplərində rast gəlir. Nəmli yerlərdə, bataqlıqların, çay, arxların və digər su tutarlarının kənarlarında bitir, qrup və zolaqlar əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | vikimətni redaktə et]

Efir yağı, flavonoid, alkaloid, steroid, C vitamini, kumarin, kauçuk, üzvü turşular, karbohidratlar, di-, tri- və seskviterpenoidlərlə zəngindir.

Təsiri və tətbiqi

[redaktə | vikimətni redaktə et]

Eksperimental və xalq təbabətində tətbiq edilir. Dizenteriya zamanı istifadə olunur. Büzüşdürücü və işlədici təsirə malikdir.

Əkstəsirləri

[redaktə | vikimətni redaktə et]

Zəhərli olduğuna görə, həkim məsləhəti ilə qəbul edilməlıdır.

İstifadə olunan hissələri

[redaktə | vikimətni redaktə et]

Müalıcə məqsədilə bitkinin yerüstü hissəsi, yarpaqları və çiçəkləri istifadə edilir.

İstifadə formaları

[redaktə | vikimətni redaktə et]

Cövhər və dəmləmələr.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | vikimətni redaktə et]

Dekorativ bitkidir. İnsektisid təsirə malikdir, həşəratlara qarşı istifadə oluna bilər.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Inula dysenterica L.

Yarımnövləri

[redaktə | vikimətni redaktə et]