Dodaq boyası

Dodaq boyası

Dodaq boyası — əsasən qadınların dodaqlarına çəkdikləri müxtəlif rəngli kosmetik məhsul.

Dodaq boyama mədəniyyəti təxminən 5000 il bundan əvvələ təsadüf edir. Dodaq boyasını ilk icad edənlər qədim Mesopotomiyalılar hesab edilir. Qədim zamanlarda qadınlar dəyərli daşları əzərək əldə etdikləri rəngdən dodaqlarını boyamaq üçün istifadə etmişlər. Qədim Misirdə isə dodaq boyasından istifadə kral və şahzadə ailələrinə mənsub olmuş, onlar[1] böcək, bitki, yod, brom, yosun, balıq pulcuğu və oxralardan istifadə edərək dodaq boyası əldə edirdilər. Orta əsrlərdə kilsə güclü bir təşkilat idi və buna görə dodaq boyasını günah hesab etdiyi üçün qadağan etmişdir, amma sonrakı dövrdə bu mədəniyyət sərbəstləşdirilmişdir.

  1. "Arxivlənmiş surət". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.