Doktor Aqorun adası | |
---|---|
The İsland of Doktor Agor | |
Janr | qorxu filmi, elmi-fantastika filmi |
Rejissor | Tim Börton |
Əsərin müəllifi | H.Q.Uels |
Ssenari müəllifi | H.Q.Uels |
İlk baxış tarixi | 1971 |
Ölkə | ABŞ |
Dil | ingiliscə |
İl | 1971 |
Rəng | rəngli |
IMDb | ID0309721 |
Doktor Aqorun adası(ing. The İsland of Doctor Agor)- Tim Börtonun hələ 13 yaşında olarkən yazdığı, çəkdiyi və baş obraz olduğu 1971-ci il istehsalı qısa animasiya filmi.[1] Film H.Q.Uelsin "Doktor Moreunun adası" kitabına uyğun şəkildə hazırlanmışdır. Buradakı digər obrazları Tim Börtonun sinif yoldaşları və dostları oynamışdır.
Film Super 8 kamerası ilə çəkilmişdir. Film çəkilişi üçün seçilən yerlər arasında Los Anceles zooparkı və Malibudakı çimərliklər daxildir.[2]