Doktor Moronun adası

Doktor Moronun adası
ing. The Island of Doctor Moreau
Müəllif Herbert Uells
Janr Roman
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 1896
Tərcüməçi Gülafət Davudova
Nəşriyyat Heinemann Böyük Britaniya
Stone & Kimball[1] ABŞ
Qanun nəşriyyatı Azərbaycan
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Doktor Moronun adası (ing. The Island of Doctor Moreau) — ingilis yazıçı Herbert Uells tərəfindən 1896-cı ildə nəşr etdirilmiş elmi-fantastika romanıdır. Romanda hadisələr gəmi qəzasına düşərək yaxından keçən gəmi tərəfindən xilas edilmiş və viviseksiya yolu ilə heyvan-insanlar yaradan çılğın-alim Doktor Moronun adasına düşmüş Edvard Prendikin dilindən nəql edilir. Romanda ağrı və qəddarlıq, mənəvi məsuliyyət, insan identikliyi və insanın təbiətə müdaxiləsi kimi bir sıra fəlsəfi məsələlər qaldırılır.[2] Uells özü əsəri "gənclik küfrü üzərində məşq" adlandırır.[3]

Doktor Moronun adası erkən elmi-fantastika janrının klassik nümunələrindən biri hesab edilir[4] və Uellsin ən məşhur əsərlərindən biri olaraq qalmaqdadır. Roman, daha inkişaf etmiş irqin heyvan və ya başqa canlıların həyat tərzinə müdaxilə edərək, onların cəmiyyətində təkamülə təkan verməsinə əsaslanan "dirçəliş" adlı elmi-fantastika mövzusunun ən erkən nümunələrindən biridir.[5] Roman bir neçə dəfə kino və digər media nümunələrinə uyğunlaşdırılmışdır. Üç kino adaptasiyasında Doktor Moro obrazı Çarlz Louton (1933), Bert Lankaster (1977) və Marlon Brando (1996) tərəfindən canlandırılmışdır.[6]

Elmi təhsili olan Edvard Prendik adlı ingilis Sakit okeanın cənubunda gəmi qəzasına düşür. Yaxınlıqdan keçən "İpekakuana" adlı gəmi onu xilas, Montqomeri adlı şəxs isə onu sağaldır. Sağaldıqdan sonra Prendik Montqomerinin xidmətçisi olan Milinq adlı sirrli və heyvanabənzər şəxslə qarşılaşır. Kayutasından çıxdıqdan sonra Prendik öyrənir ki, gəmidə, Montqomeriyə məxsus olan çoxlu sayda vəhşi heyvanlar daşınır. Montqomerinin yol tutduğu adaya çatdıqda, kapitan, Prendikdən də dərhal gəmini tərk etməyi tələb edir. Montqomeri bildirir ki, Prendiki qəbul edə bilməz. Buna baxmayaraq, kapitan, Prensiki qayığaoturdaraq okeana buraxır. Gəminin uzaqlaşdığını görən Montqomerinin Prendikə yazığı gəlir və onu xilas edir. Nadir hallarda adaya gəmi yaxınlaşdığından Prendik adadakı qapalı kompleksə daxil olan xarici otaqda yerləşdirilir.

Prendik öyrənir ki, adanın sahibi Doktor Morodur. O, Doktor Moro haqqında eşitdiklərini xatırlamağa çalışır, yadına salır ki, Londonun ən nüfuzlu fizioloq həkimlərindən olan Doktor Moronun viviseksiya üzrə qorxunc təcrübələrinin üstü açılmış və o, İngiltərədən qaçmağa məcbur olmuşdu.

Növbəti gün, Moro, Montqomerinin adya yeni gətirdiyi puma üzərində təcrübəyə başlayır. Prendik öyrənir ki, Moro, heyvanlar üzərində ağrılı təcrübələr aparır. Pumanın tükürpədici qışqırıqları Prendiki, evi tərk edərək meşəyə qaçmağa məcbur edir. Meşədə gəzdiyi zaman Prendik bir qrup insanla qarşılaşır. Onlar insana oxşasalar da, donuzla da bir çox oxşar xüsusiyyətlərə malikdirlər. Sahil boyunca gəzərkən, Prendik kiminsə onu izlədiyini başa düşür. Qorxuya düşən Prendik qaçmağa başlayır, təqibçinin yaxınlaşdığını hiss etdikdə onu daşla vurur, bundan sonra Prendik, təqibçinin qorxunc insan və heyvan hibridi olduğunu görür. Evə qayıtdıqdan sonra Prendik nə baş verdiyi haqqında Montqomeriyə suallar versə də, ikinci sualları cavablandırmaqdan boyun qaçırır.

Növbəti gün oyanan Prendik, Moronun əməliyyat otağının qapısının açıq saxlandığını görür və içəri girməyə çalışır. Bu zaman Moro onu itələyərək otaqdan çıxarır. Prendik, Moronun insanlar üzərində təcrübə apardığını başa düşür və növbəti təcrübə obyektinin özü olacağını düşünür. Bundan sonra Prendik evdən qaçır və meşədə Meymun-adamla qarşılaşır. Meymun-adam onu özü kimi heyvan-adamların toplandığı koloniyaya aparır. Koloniyanın lideri olan boz rəngli qəribə məxluq özünü "Qanun oxuyan" adlandırır. Qanun oxuyan Prendiki, heyvan davranışlarını qadağan edən və Moronu tərifləyən qəribə qanunları təkrarlamağa məcbur edir.

Qəfildən koloniyaya basqın edən Moro Prendiki axtarır. Okeana qaçan Prendik özünü batıraraq intihar etmək qərarına gəlir. Moro izah edir ki, gördüyü varlıqların hamısı əvvəl heyvan olublar. Doktor deyir ki, hər nə qədər təcrübələrini mükəmməlləşdirməyə çalışsa da, təcrübə obyekti olan canlılar bir müddət sonra əvvəlki adət və davranışlarına qayıdırlar. Moro hesab edir ki, elmi nailiyyətlər naminə canlıları verdiyi əziyyət və ağrılar qaçılmaz olan kiçik problemdir.

Montqmeri və Prendikin meşədə parçalanmış dovşanın qalıqlarını tapması. ROmanın 1904-cü ildə rus dilində nəşrinə çəkilmiş illüstrasiya.

Bir gün Montqmeri və Prendik meşədə parçalanmış, amma axıra kimi yeyilməmiş dovşan tapırlar. Ət yemək və qan içmək ən əsas qadağalardan olduğuna görə, Moro bütün heyvan-adamların toplantısını çağırır və Qaplan-adamın (daha əvvəl Prendiki təqib etmiş) günahkar olduğunu bildirir. Daha ağrılı viviseksiya təcrübələri üçün yenidən Moronun evinə gətiriləcəyini başa düşən Qaplan-adam qaçır. Heyvan-adamlar onu küncə sıxışdırsalar da, Prendikin canlıya yazığı gəlir və atəş açaraq onu öldürür. Prendik hesab edir ki, dovşanlarla qidalanan yalnız Leopard adam deyil və bu işdə Kaftar-donuzun da günahkar olduğunu düşünür. Doktor Moro Qaplan-adamın öldürülməsinə qəzəblənir.

Zamanla Prendik heyvan-adamlara alışır. Lakin, bir gün zəncirlərini qıran puma laboratoriyadan qaçır və Prendikin qolunu sındırır. Doktor Moro pumanı izləməyə çıxsa da, sonda ikisinin də cəsədi tapılır. Montqomeri pərişan halda konyak içir və içkini heyvan-insanlarlarla da bölüşmək qərarına gəlir. Prendik adanı tərk etmək qərarına gəlsə də, səs-küy eşidir. Bir müddət sonra heyvan-insanlarla dava zamanı Montqomeri, onun köməkçisi Milinq və Qanun oxuyanın öldürüldüyünün şahidi olur. Evdən çıxarkən ləmpəni aşırtdığına görə evdə yanğın başlayır və bütün qida ehtiyatı ilə birlikdə ev yanaraq külə dönür. Sahilə yaxınlaşan Prendik qəzəbli və kefli Montqomerinin gecə yeganə qayığı da məhv etdiyini öyrənir.

Montqomeri və Moronun ölümündən sonra, Prendik bir neçə ay ərzində heyvan-insanlarla yaşayır. Zaman keçdikcə heyvan-insanlar öz ilkin heyvani instinktlərinə qayıdaraq, ovlanmağa, dörd ayaqda gəzməyə, ümumi yaşayış yerlərini tərk edərək meşənin dərinliklərinə yuva qurmağa başlayırlar. Onlar Prendikin göstərişlərinə əməl etməkdən boyun qaçırırlar. Kaftar-donuz isə Prendikin sadiq köməkçisi olan Senbernardan hazırlanmış Köpək-adamı öldürür. Ərincək-adamın köməkliyi ilə Prendik Kaftar-donuzu öldürür.

Prendikin sal qurmaq cəhdləri boşa çıxır. Bir müddət sonra içində ikinəfər olan qayıq adaya tərəf üzür. Prendik qayıqdakı iki nəfərin də ölü olduğunu görür. O, adanı tərk etmək üçün həmin qayığı istifadə edir və iki gün sonra bir gəmi onu okeandan götürür. Başına gələn hadisələri danışdıqda Prendikin ağılını itirdiyini düşünürlər, buna görə də, bir il ərzində harda olduğunu soruşduqda Prendik, amneziyası olduğunu demək qərarı verir.

İngiltərəyə qayıtdıqdan sonra, Prendik insan cəmiyyətinə uyğunlaşmağa çətinlik çəkir və onu əhatə edən insanların bir müddət sonra heyvani instinktlərə qayıdacağından qorxur. Buna görə də, Londonu tərk edərək kənd yerində məskunlaşaraq, ömrünü kimyəvi astronomik araşdırmalara həsr edir.

  • Edvard Prendik – Əsas qəhrəman. Hekayə prendikin dilindən nəql edilir.
  • Doktor MoroViviseksiyaçı alimdir. Apardığı təcrübələr haqqında məlumat ictimayətə çıxdıqdan sonra Sakit okeanda yerləşən kiçik adada məskunlaşıb və təcrübələrini adada davam etdirir.
  • Montqomeri – Doktor Moronun köməkçisi və Prendikin xilaskarıdır. Alkoqol asılığından əziyyət çəkir və heyvan-adamlara qarşı simpatiyası var.

Heyvan-adamlar Moronun təcrübələri əsasında yaradılmış canlılardır. Moronun çox ciddi və ağrılı viviseksiya təcrübələri nəticəsində heyvanlara insan genləri əlavə edilir və onlar insanlara xas xarakterlər alırlar. Heyvan-adamlara aşağıdakılar aiddir:

  • Milinq – Montqomerinin köməkçisidir, təmizlik və yemək bişirmə işlərini həyata keçirir. Moro onu, ayı, itöküzü calaşdırmaqla yaratmışdır. Prendik onu Moronun ən böyük trofeyi kimi təqdim edir və adadakı heyvan-adamlardan ən mükəmməl yaradılanı adlandırır. Milinqin gözləri qaranlıqda işıq saçır, qulaqları isə tüklüdür. Montqomerini heyvan-adamların hücumundan xilas edərkən Milinq həlak olur.
  • Qanun oxuyan – böyük ağ tüklü, naməlum heyvanların qarışığından yaradılmış canlıdır. Moronun heyvan-adamlar üçün müəyyən etdiyi qanunları oxuyur və onlara əməl olunmasına nəzarət edir. Montqomeri, Milinq və heyvan-adamlar arasında baş vermiş döyüş zamanı öldürülür.
  • Meymun-adammeymun və insan genlərinin qarışdırılmasından yaradılmış canlıdır, özünü Prendikə tay hesab edir. Milinqdən sonra Prendikin adada danışdığı ilk heyvan-adamdır.
  • Ərincək-adamərincək genləri əsasında yaradılmış kiçik çəhrayı varlıqdır. Ən mehriban canlılardan biri olan Ərincək-adam, Kaftar-donuzun öldürülməsində Prendikə kömək edir.
  • Kaftar-donuzkaftardonuz genlərinin calaşdırılması ilə yaradılmış yırtıcı canlıdır. Doktor Moronun ölümündə sonra Prendikin düşməninə çevrilir. Prendik özünü müdafiə etmək üçün onu öldürür.
  • Qaplan-adamqaplan və insan genlərinin calaşdırılması nəticəsində yaradılmış canlıdır. Qanunu pozaraq ət yeyir, dörd ayaq üzərində gəzir və çaydan su içir. Prendik onu əziyyətdən xilas etmək üçün öldürür.
  • Camış-adam – boz camış və insan genlərinin qarışdırılması nəticəsində yaradılmış canlıdır.
  • Satir-adamkeçi və meymun genlərinin qarışdırılması ilə yaradılmış canlıdır. Prendik onu narahat edici və "satanistik" formalı varlıq kimi təklif edir.
  • Donuz-adamdonuz və insan genlərinin qarışdırılması zamanı yaradılmış canlılardır.
  • At-insan-kərgədanat, yava kərgədanı və insan genlərinin qarışığından yaradılmış canlıdır.
  • Cananar-adamcanavar və insan genlərinin calaşdırılmasından yaradılmış kişi və qadınlardır.
  • İnsan-ayı-camış – ayı, buynuzlu nəhəng öküz və insan genlərinin qarışdırılmasından yaradılmış canlıdır.
  • İnsan-itSenbernar cinsli it və insan genlərinin qarışdırılmasından yaradılmış canlıdır. Romanın sonuna yaxın Prendikin sadiq dostuna çevrilir. Kaftar-donuz tərəfindən öldürülür.
  • Tülkü-ayı – Dişi tülkü və ayı genlərindən yaradılmış qadın hibriddir. Prendik onu itələyici canlı kimi təsvir edir.
  • Yarım tamamlanmış puma-adam – Moro tərəfindən yaradılmış sonuncu varlıqdır. Əməliyyat zamanı o qədər böyük ağrı hiss edir ki, bütün gücünü hiss edərək zəncirləri qırır və qaçır. Moro revolverlə onu izləsə də qarşılaşma zamanı onlar, bir-birlərini qətlə yetirirlər.
  • Oselot-adamoselot və insan genlərinin qarışımından yaradılmış canlıdır. Heyvan-adamlarla qarşılaşma zamanı Montqomeri tərəfindən öldürülür.

Elmi doğruluğu

[redaktə | mənbəni redaktə et]

"İndividual plastikliyin sərhədləri" (1895) adlı qısa elmi essesində H. Uells tam əminliklə qeyd edir ki, əgər təsvir edilmiş viviseksiya təcrübələri nə vaxtsa elmi-fantastika sərhədlərindən kənarda baş tutsa, "Doktor Moronun adası" romanında qeyd edilmiş hadisələrin reallığa çevrilməsi mümkündür. Lakin, müasir tibbi təcrübələr nəticəsində sübut edilmişdir ki, heyvan beyni nitq kimi insani xüsusiyyətləri dəstəkləməyə qadir deyildir. Bundan başqa, transplantatın rədd edilməsi, eyni növ daxilində belə orqan köçürmələrini çox mürəkkəbləşdirir, növlər arası köçürməni isə imkansız hala gətirir.

Tarixi kontekst

[redaktə | mənbəni redaktə et]

1896-cı ildə romanın nəşr edilməsi zamanı Avropada heyvanlar üzərində degenerasiya və viviseksiyailə bağlı mövzular geniş formada müzakirə edilirdi. Həmin dövrdə mövzu ətrafında formalaşdırılmış bir neçə qrup viviseksiyanın qadağan edilməsi üçün aktiv fəaliyyət göstərirdi ki, onlardan da iki ən böyük olanı Viviseksiya ilə mübarizə üzrə cəmiyyət 1875-ci ildə, Viviseksiyanın ləğvi üzrə Britaniya şurası isə 1898-ci ildə yaradılmışdır.[7] Doktor Moronun adası bu mövzularla yanaşı, həm də 1800-cü illərin sonlarına yaxın populyarlaşmağa başlayan Darvinizm nəzəriyyəsini gündəmə gətirir.

Mədəniyyətə təsirləri

[redaktə | mənbəni redaktə et]
Əsərin Böyük Britaniyada ilk nəşrinin üz qabığı, 1896
  • Brayan Oldis tərəfindən 1980-ci ildə yazılmış "Moronun digər adası" adlı romanda orijinal əsərin hadisələri müasir dövrə uyğunlaşdırılıb. Romanda ABŞ dövlət katibinin müavini Kalvert Medl Roberts adaya düşür.
  • Meqan Şepard tərəfindən yazılmış "Çılğının qızı" trilogiyasında Doktor Moronun qızı Cülyettanın hekayəsini təsvir edilir. Buna baxmayaraq yazıçı hər kitabda bir klassik əsərdən ilhamlanmışdır. Belə ki, birinci kitab "Doktor Moronun adası", ikinci kitab Robert Lyuis Stevensonun "Doktor Cekil və cənab Haydın qəribə hekayəsi", ikinci kitab isə Meri Şellinin "Frankenşteyn" romanı əsasında yazılmışdır.[8]
  • Daniel Pinkuoterin "Sürünənin musiqisi" adlı romanının birinci fəsilində Viktor adlı personajın televizorda izlədiyi gecə filmi "Doktor Morbonun adası" adlanır.
  • Çarli Hiqsonun post-apokaliptik "Düşmən" seriyasından olan "Qovulmuşlar" (2013) romanının 61-ci fəslində biomedik "Promithios" şirkətində qanun oxuyan eybəcər heyvanabənzər uşaqlar təsvir edilir.[9]
  • Hizer O’Nilin "Mələklərin arzuları" adlı hekayələr toplusuna daxil olan "Doktor Moronun adası" adlı hekayədə cavanlıqda Doktor Moro adlı eksentrik həkimlə qarşılaşmış qoca babadan danışılır. Moronun təcrübələri zamanı insan və heyvan DNK-ları qarışdırılır.
  • Enn Xalam tərəfindən yazılmış "Doktor Franklinin adası" (2002) adlı romanda aviaqəzadan sağ çıxmış üç nəfər üzərində transgen təcrübələr apararaq onları heyvan hibridlərinə çevirir.[10]
  • Qay Adams tərəfindən yazılmış "Doktor Moronun ordusu" (2012) adlı əsərdə Şerlok HolmsDoktor Uotson Londonda azadlığa çıxmış bir neçə bədheybətin axtarışına başlayır.
  • Teodora Qoss tərəfindən yazılmış "Əlkimyaçının qızı ilə bağlı qəribə hal" (2017) adlı romanda əsas qəhrəman olan Ketrin Doktor Moronun əlindən qaçmış yarımçıq puma hibridi ilə qarşılaşır.

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
  • 1911-ci ildə roman əsasında Co Hemmanın rejissorluğu ilə "Dəhşət adası" adlı səssiz fransız filmi çəkilmiş[11], 1913-cü ildə həmin fim təqdim edilmişdir. 1913-cü ilin sonunda ABŞ distribyutoru Corc Klyan Çikaqoda çıxarılması üçün filmi ingilis dilinə uyğunlaşdırmışdır.[12]
  • 1921-ci ildə roman əsasında Urban Qedomun rejissorluğu ilə "İtirilmişlər adası" adlı səssiz alman filmi çəkilmişdir.
  • 1932-ci ildə Çarlz Loton və Bela Luqoşinin iştirakı ilə "İtirilmiş canlar adası" adlı film çəkilmişdir.
  • 1959-cu ildə Frensis Leder, Qreta Tissen və Riçard Derrin iştirakı ilə "Terror-adam" adlı film çəkilmişdir. Jerardo de Leonun rejissorluğu ilə çəkilmiş bu film, bir neçə il sonra ABŞ-də "Qanlı varlıq" adı ilə təqdim edilmişdir.
  • 1971-ci ildə 13 yaşlı Tim Börton Uellsin "Doktor Moronun adası" romanının həvəskar adaptasiyasını həyata keçirmişdir.[13]
  • 1972-ci ildə Eddi Romeronun rejissorluğu ilə baş rolunu Con Eşlinin canlandırdığı "Toran adamları" adlı film çəkilmişdir.
  • 1977-ci ildə Don Teylorun rejissorluğu və Bert Lankaster və Maykl Yorkun iştirakı ilə "Doktor Moronun adası" adlı film çəkilmişdir.
  • 1996-cı ildə Con Frenkenheymerin rejissorluğu, Marlon Brando, Devid Tyulis və Ron Perlmanın iştirakı ilə "Doktor Moronun adası" adlı bədii film çəkilmişdir.
  • 2002-ci ildə istehsal edilmiş "Casus uşaqlar 2" filmində aktyor Stiv Buşemi adada yaşayan və hibridlər yaradan çılğın həkimi canlandırmışdır.
  • 2004-cü ildə "Full Moon Pictures" studiyası tərəfindən istehsal edilmiş "Doktor Moronun ağrı evi" filmində hadisələrin romandakı hadisələrin davamı olduğu elan edilmişdir.[14]
  • 2018-ci ildə istehsal edilmiş "La Voce del Lupo" adlı italyan filmində Kristofer Lambert Doktor Moro obrazını canlandırmışdır.
  • "Simpsonlar"ın ənənəvi Hellovin buraxılışında roman "Treehouse of Horror XIII" adlı seriyaya uyğunlaşdırılmışdır.
  • "Spliced" adlı Kanada cizgi serialında romanın ideyası televiziyaya uyğunlaşdırılmışdır.
  • BBC America telekanalının istehsalı olan "Qara yetim" serialının üçüncü mövsümündə roman böyük rol oynayır. Dördüncü mövsümdə Doktor Moronun adasına oxşar ada yaradılır. Beşinci mövsümdə isə əsas hadisələr həmin adada cərəyan edir.
  • "RWBY" anime veb-serialı əsasında yaradılmış "RWBY: Grimm Eclipse" oyununda əsas antoqonist Doktor Moro əsasında yaradılmış Doktor Merlo adlı bir obrazdır.
  • ABŞ cizgi serialı olan "Cənbi Park"da Marlon Brando tərəfindən 1996-cı ildə çəkilmiş "Doktor Moronun adası" filmində yaradılmış Doktor Moro obrazı əsasında işlənmiş personaj vardır. O, Marlon Brandonun oxşarlarının Şimali Amerika assosasiyasının prezidenti kimi təqdim edilir.
  • 1990-cı ildə Devid Kalkutt romanı BBC Radio 4 üçün uyğunlaşdırmışdır.
  • 2008-ci ildə Conatan Prays əsərin qısaldılmış mətnini BBC Radio 4 üçün beş hissəli yuxu qabağı oxuma kitabı şəklində səsləndirmişdir.
  • "Glass Animals" adlı alternativ musiqi qrupunun "Toes" adlı mahnısı romana əsaslanmışdır.[15]
  • Dayana Rossun "Eaten Alive" adlı mahnısına çəkilmiş musiqi videosu romana əsaslanmışdır.
  • "Oingo Boingo" adlı nyu-veyv musiqi qrupunun "No Spill Blood" mahnısı romana həsr edilmişdir.
  • "The Meteors"adlı ingilis rok qrupunun "Island of Lost Souls" adlı mahnısı romana əsaslanmışdır.
  • "Devo" adlı ABŞ nyu-veyv qrupunun "Q. Are We Not Men? A: We Are Devo!" (1978) adlı debüt albomu romanda Qanun oxuyan adlı personajın sözlərindən götürülmüşdür.
  1. "HGWells". 2012-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-13.
  2. Barnes & Noble. "The Island of Doctor Moreau: Original and Unabridged". Barnes & Noble. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-13.
  3. Wells's description of The Island of Dr. Moreau as youthful blasphemy comes from his introduction to The Scientific Romances of H. G. Wells (1933; published in the United States as Seven Famous Novels by H. G. Wells, 1934). This Preface to the Scientific Romances is reprinted as a chapter of editors Patrick Parrinder and Robert M. Philmus's H. G. Wells's Literary Criticism (Sussex: The Harvester Press Limited, and New Jersey: Barnes & Noble Books, 1980), see p. 243 for the line quoted.
  4. Bax: Mason Harris's introduction and notes for the 2009 Broadview Books edition of The Island of Dr. Moreau
  5. Booker, Keith M. Historical Dictionary of Science Fiction in Literature. Rowman & Littlefield. 2014. səh. 311.
  6. "How Hollywood fell for a British visionary". The Telegraph. 2019-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2019.
  7. "Welcome". politics.co.uk. 2019-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17. (#apostrophe_markup)
  8. "'The Madman's Daughter' author Megan Shepherd on her 'Lost' inspiration and plans for a movie – EXCLUSIVE". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  9. Higson, Charlie. The Fallen. US: Hyperion. 2013.
  10. "The Isles of Dr. Moreau". 2020-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  11. "Island of Lost Souls". Turner Classic Movies. 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  12. "L'ile d'Epouvante (1913) in Silent Horror Forum". Yuku. 2017-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  13. "The Island of Doctor Agor". IMDb. 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  14. "Dr. Moreau's House of Pain (DVD)". FullMoonDirect. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  15. Billboard. "Glass Animals Coachella Interview: Inspirations for New Record, "Black Mambo" & "Hazey"". 12 April 2015. 22 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2019 – YouTube vasitəsilə.
  • Canadas, Ivan. "Going Wilde: Prendick, Montgomery and Late-Victorian Homosexuality in The Island of Doctor Moreau." JELL: Journal of the English Language and Literature Association of Korea, 56.3 (June 2010): 461–485.
  • Hoad, Neville. "Cosmetic Surgeons of the Social: Darwin, Freud, and Wells and the Limits of Sympathy on The Island of Dr. Moreau", in: Compassion: The Culture and Politics of an Emotion, Ed. Lauren Berlant. London & New York: Routledge, 2004. 187–217.
  • Reed, John R., "The Vanity of Law in The Island of Doctor Moreau", in: H. G. Wells under Revision: Proceedings of the International H. G. Wells Symposium: London, July 1986, Ed. Patrick Parrinder & Christopher Rolfe. Selinsgrove: Susquehanna UP / London and Toronto: Associated UPs, 1990. 134–44.
  • Wells, H. G. The Island of Dr. Moreau, Ed. Steven Palmé. Dover Thrift Editions. New York: Dover Publications, 1996.
  • Wells, H. G. The Island of Doctor Moreau: A Critical Text of the 1896 London First Edition, with Introduction and Appendices, Ed. Leon Stover. The Annotated H. G. Wells, 2. Jefferson, N. C., and London: McFarland, 1996.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]