Donuzlar körfəzi əməliyyatı

Donuzlar körfəzi əməliyyatı
Kubanın cənub sahillərində yerləşən Donuzlar Körfəzinin xəritədə yeri
Tarix 17-19 aprel 1961
Yeri Donuzlar körfəzi, Kuba
Səbəbi Kuba inqilabı
Nəticəsi Kubanın qələbəsi:
 • Kastronu devirmək planının iflası
 • Sağ qalan bütün üsyançıların tutulması
 • Kuba ilə SSRİ arasında münasibətlərin daha sıx olması
Münaqişə tərəfləri

Kuba

ABŞ
KDC

Komandan(lar)

Fidel Kastro
Xose Ramon
Xuan Almeyda
Çe Gevara

Con Kennedi
Pepe Roman
Erneido Oliva

Tərəflərin qüvvəsi

25.000 ordu əsgəri
200.000 könüllü
9.000 silahlı polis

1.500 əsgər
8 bombardımançı

İtkilər

176 ölü, 500+ yaralı
4.000 ölü (könüllü)

118 ölü, 360 yaralı
1.202 əsir

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Donuzlar körfəzi əməliyyatı[1] və ya Donuzlar buxtası əməliyyatı[2] (isp. Invasión de Bahía de Cochinos) - 1961-ci ilin 17 aprel - 19 aprel tarixlərində Kubanın Donuzlar körfəzi ərazisində baş vermiş hərbi əməliyyat. Əməliyyat Kuba inqilabı vasitəsi ilə hakimiyyətə gələn Fidel Kastro və tərəfdarlarının hakimiyyətdən salınması üçün həyata keçirilmişdir. 2 gün davam edən döyüşlərdən sonra ABŞ tərəfindən dəstəklənən Sürgün Kuba Höküməti birlikləri məğlub olmuş və nəticədə əməliyyat ordunun qələbəsi ilə başa çatmışdır. Donuzlar Körfəzi əməliyyatı Soyuq müharibə dövrünün əhəmiyyəti hadisələrindən biri hesab olunur.

1952-ci ildə ABŞ müttəfiqi olan Fulxensio Batista Kubanın Prezidenti Karlos Prioya qarşı dövlət çevirişi törədərək, onu Mayamiyə sürgünə qaçmağa məcbur etmişdi. Bundan baş verən Kuba İnqilabı zamanı Batista ordusu 1956-1959 arasında Fidel Kastronun partizanları ilə baş verən toqquşmalarda uğursuz olmuşdu. Bundan əlavə Batistanın həmin dövrdə törətdiyi repressiyaları onun qeyri-populyar eləmişdi. Nəticədə, 1958-ci ilin dekabrın 31-də Batista istefa edib vəözü ilə 300 million ABŞ dolları alaraq ölkədən qaçmış.[3][4][5]

O zaman, Kubanın neft emalı zavodları ABŞ-ın Esso, Standard OilShell şirkətlərin idarəsi altında idi. Yeni hökumət onlara SSRİ-dən gələn nefti emal etməyə əmr verib, lakin onlar ABŞ-ın təzyiqi altında olduqlarına görə, bundan imtina etmişdilər. Buna görə Kastro həmin zavodları müsadirə edib, millətləşdirmişdi. ABŞ buna cavab olaraq, Kubadan şəkər idxalını dayandırıb. Kastro isə, ABŞ-yə aid olan aktivlərinin böyük hissəsini, o cümlədən şəkər emal zavodlarını və bankları millətləşdirib.[6][7][8] 1960-cı ilin mart ayında Havana limanıda La Coubre adlı fransız yük gəmisinin partlaması Kubanın ABŞ ilə münasibətlərini daha da pisləşdirib. Olayın səbəbi günümüzə qədər bilinmir, amma Kastro ictimai şəkildə ABŞ-ı sabotajda günahlandırmışdı.[9][10][11]

Artıq erkən 1960-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) Kastronun hökumətini devirmək fikri ortaya çıxdı.[12] Kastronun ABŞ-yə açıq şəkildə qarşı çıxmasını görən Eyzenhauer MKİ-yə onu devirmək məqsədi ilə Kubaya istilaya hazırlaşmağa tapşırmışdı.[13] Eyzenhauer MKİ-n başçısı olan Riçard Bisselin planına razılığını verib və beləliklə, Donuzlar Körfəzi əməliyyatı üçün yarı hərbi qüvvələrin hazırlığı başlamışdı.[14]

  1. ""Donuzlar körfəzi" əməliyyatı və ya | Hafta.az". 2023-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-26.
  2. "Bloq: Qiyamətin Astanasında". VOA. 21 dek 2012. 2023-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-26.
  3. Bourne 1986. pp. 158–159.
  4. Quirk 1993. pp. 203, 207–208.
  5. Coltman 2003. p. 137.
  6. Bourne 1986. pp. 205–206.
  7. Quirk 1993. pp. 316–319.
  8. Coltman 2003. p. 173.
  9. Bourne 1986. pp. 201–202.
  10. Quirk 1993. pp. 302–302.
  11. Coltman 2003. p. 172.
  12. Quirk 1993. p. 303.
  13. "State Department Office of the Historian". US State Department Office of the Historian: Milestones 1961–1968. 2016-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-12.
  14. Ambrose 2007. pp. 499–500.