Doğmuş və ya Durmuş (ərəb. دغمش) — Qəzza zolağından olan Fələstin qəbiləsi. Türkəsillidir.
Gilad Şalitin oğurlanmasında iştirak edən Mümtaz Doğmuş 2008-ci ilə qədər İslam Ordusuna rəhbərlik edib. HƏMAS Qəzzəni ələ keçirdikdən sonra Doğmuş qəbiləsi tez-tez HƏMAS təhlükəsizlik qüvvələri ilə şiddətli və ölümcül toqquşmalarda iştirak edirdi. HƏMAS polisinin öldürülməsindən sonra HƏMAS təhlükəsizlik qüvvələri 16 sentyabr 2008-ci ildə qəbilə ilə HƏMAS qüvvələri arasında döyüşə səbəb olan qrupların məkanlarına basqın təşkil etmişdir. Mümtazın qardaşı da daxil olmaqla, 10 qəbilə üzvü Qəzzədə 2008-ci ilin iyulundan bəri ən şiddətli zorakılıq nəticəsində öldürülmüşdür. HƏMAS-a bağlı Xalq Müqavimət Komitələrinin baş katibi Zəkəriyyə Doğmuşun körpə qızı da öldürülmüşdür.[1]
Qəbilənin üzvləri FƏTH, HƏMAS, Xalq Müqavimət Komitələri və "Əl-Qaidə" də daxil olmaqla müxtəlif Fələstin və islamçı qruplara bağlıdır.[1]
"Əl-Qaidə" ilə əlaqəli olan qəbilə üzvləri 2007-ci ilin martından iyul ayına qədər britaniyalı jurnalist Alan Constonun oğurlanmasında və saxlanılmasında iştirak etmişdilər.[1] Qəbilə üzvləri özlərini "İslam Ordusu"nun üzvləri elan etmişdilər. Onlar 2007-ci ildə britaniyalı jurnalist Alan Constonun oğurlanmasının və dörd ay müddətində saxlanılmasının arxasında dayanmışdılar. Qəbilənin qəsb, qaçaqmalçılıq, silah alveri və rəqiblərinin öldürülməsi ilə məşğul olduğu bildirilmişdir. Qəbiləyə "Qəzzə şəhərinin sopranoları" adı verilmişdir.[2] Onların Britaniyada yerləşən fələstinli və iordaniyalı ekstremist Əbu Katadə ilə əlaqəsi var. Mümtaz Constonun oğurlanmasının təşkilatçısı kimi şübhəli bilinmişdir.[3]
2024-cü ilin martında HƏMAS–İsrail müharibəsi zamanı Doğmuş qəbiləsinin lideri Saleh Doğmuş öldürülmüşdür.[4] İsrail mediası HƏMAS-ın müharibə zamanı ailə ilə toqquşduğunu və Doğmuşu edam etdiyini yazmışdır. Qəbilə bəyanat yayaraq iddianı təkzib etmişdir.[5]
17 noyabr–17 dekabr tarixlərində İsrail qüvvələri ailənin Səbrə məhəlləsində cəmləşdiyi bloka bombardman həyata keçirərək onlara qarşı iki qətliam törətmişdir. Hücum qəbilənin lideri də daxil olmaqla 109 üzvünün ölümünə səbəb olmuşdur. "Aljazeera Mubashir" Səhiyyə Nazirliyindən aldığı ölən ailə üzvlərinin siyahısını dərc etmişdir.[4][4]
Qəbiləyə Qəzzəyə XX əsrin əvvəllərində Türkiyədən gəlmişdir. Qəbilənin adı indiki türk orfoqrafiyası ilə "Doğmuş" kimi yazılır.[6]