Drako Malfoy

Drako Malfoy
ing. Draco Malfoy
Harri Potter obrazı
Tom Felton tərəfindən Harri Potter filmlərində
yaradılmış Drako Malfoy obrazı
Yaradan Coan Roulinq
Canlandıran Tom Felton
Məlumat
Cinsi kişi
Peşə tələbə
Ailə ata: Lusius Malfoy
ana:Narsissa Malfoy
xala: Bellatriks Lestranc, Andromeda
Milliyyəti ingilis

Drako Malfoy (5 iyun 1980) — Harri Potter romanlar seriyasının personajlarından biri.

Harri Potter və Fəlsəfə Daşı

[redaktə | mənbəni redaktə et]

Drako Malfoy ilk dəfə Madam Malkinin Çəpəki küçədəki paltar dükanında Harri ilə rastlaşarkən oxuculara görünür. İlk görüşdə Malfoy qarşılaşdığı uşağın Harri Potter olduğunu bilmədiyinə görə ona laqeyd yanaşır. Malfoy təmiz qanlı sehrbaz nəslindən olduğuna görə fəxr edir, mələz qanlıları qınayır, maql ailəsində doğulanların isə ümumiyyətlə Hoqvartsda təhsil almaq hüququnun olmadığını deyir. Malfoy növbəti dəfə Harri ilə Hoqvarts Ekspress qatarında görüşür. Malfoy Ron Uizlinin ailəsinə qarşı xoş olmayan ifadələr işlətdikdən sonra Harri onun dostluq təklifini rədd edir və burdan da onlar arasında mənfi münasibətin əsası qoyulur. Roulinq qeyd edir ki, əslində Malfoy Harri ilə dost olmaq istəyir, çünki, "Harri məşhur idi və belə bir məşhurun dostu olmaq məktəbdə onun üçün əlavə nüfuz ola bilərdi."[1] Lakin, Harri Drako ilə dostluq eləmək istəmir, çünki, o, "Harrinin çox sevdiyi Haqrid və Ron haqqında yaxşı fikirdə deyil". Seçici şlyapa uşaqları bölərkən, Drako Malfoy dekanı İksir dərsini tədris edən Severus Sneyp olan Slizerin fakultəsinə təyin olunur. Drako Harrini məktəbdən qovdurmaq üçün gecə duelinə çağırır, özü isə gizlincə məktəbin nəzarətçisi Fliçə Harrinin gecələr məktəbdə gəzdiyini xəbər verir, lakin, Harri gizlənərək ehtiyatlı şəkildə məsələni həll edə bilir.

Harri Potter və Sirlər Otağı

[redaktə | mənbəni redaktə et]

"Harri Potter və Sirlər Otağı" romanında atası Lusius Malfoyun Slizerin Qviddiç komandasının bütün üzvlərinə ən son model "Nimbus 2001" uçan süpürgəsi hədiyyə etməsindən sonra Drako Malfoy Slizerin komandasının yeni tutucusu təyin edilir. Hermiona dedikdə ki, Qriffindor komandasında hər kəs istedadına görə yer tutub və heç kim yerini almayıb Drako onu "mələz" adlandırır. Bu ifadə sonrakı hadisələrə təsir edir, maql ailəsində böyümüş HarriHermiona isə əvvəlcə bu sözün nə anlama gəldiyini başa düşmür. Qarışıq qanlılara nifrət etdiyinə görə Harri, Ron və Hermiona Drakonun Slizerinin varisi ola biləcəyini və Sirlər otağını açdığını güman edirlər. Harri və Ron çevirilmə iksiri içərək Kreb və Qoylun görünüşünü alır və bu simalarla Drakonu sorğu-suala tuturlar. Lakin Drakonun da məlumatsız olması aydınlaşır.

Harri Potter və Azkaban Məhbusu

[redaktə | mənbəni redaktə et]

"Harri Potter və Azkaban Məhbusu" romanında Haqridin tədirs etdiyi ilk Sehrli varlıqlara qulluq dərsində Haqridin xəbərdarlığına baxmayaraq Drako Malfoy hippoqrif Bakbeki təhqir edir. Bunun əvəzində sehrli məxluq Drakoya ayağı ilə zərbələr endirir. Drakonun atası Lusius Malfoy bundan istifadə edərək Haqridin tədrisdən uzaqlaşdırılmasına çalışır. Lakin, Dambldorun səyi ilə istəyinə nail olmur. Əvəzində Sehr Nazirliyi hippoqrif Bakbekin edamına qərar verir.

  1. Christopher, Lyndon. "J.K. Rowling Interview Transcript, Part 12: Draco". The Connection (WBUR Radio) on Accio Quote!. 12 October 1999. 27 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2014.