Drakula İstanbulda | |
---|---|
türk. Drakula İstanbul'da | |
Janr | Qorxu filmi |
Rejissor | Mehmet Muhtar |
Ssenari müəllifləri |
Ümit Deniz Ali Rıza Seyfi |
Baş rollarda |
Atıf Kaptan Annie Ball Bülent Oran Ayfer Feray Cahit Irgat Münir Ceyhan |
İstehsalçılar |
And Film Erman Film (dublyaj) |
İlk baxış tarixi | 1953 |
Müddət | 103 dəqiqə |
Ölkə | Türkiyə |
Dil | Türk dili |
İl | 1953 |
Rəng | ağ-qara[d] |
IMDb | ID0200588 |
Drakula İstanbulda (türk. Drakula İstanbul'da) — 1953-cü ildə istehsal olunmuş Türkiyə filmidir. Bu film Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərindən ilhamlanaraq türk yazıçısı Ali Rıza Seyfinin yazdığı "Kazıklı Voyvoda" əsəri əsasında hazırlanmışdır.
Azmi (Conatan Harker), İstanbulda yaşayan bir vəkildir. Azmi Rumıniyada yaşayan Drakula adlı bir nəfərin hüququ vəkilliyini üzərinə götürmüşdür. Bunun üçün bir qatar ilə Rumıniyaya gedir. Azmi Rumıniyaya gələndə buradakı Bistriç Otelinə gedir. Daha əvvəl Azmi üçün bu oteldən yer verilmişdir. Otelə Azmi üçün Drakula bir məktub göndərmişdi. Məktubda Drakula, Azmini öz qəsrinə aparacaq olan avtomobilin yerini təsvir etmişdir. Azmi otel əməkdaşları ilə Drakula haqqında danışanda, otel əməkdaşları heç kimin Qraf Drakulanın ərazisinə girmək istəmədiyini, burada məxluqların və pis ruhların olduğunu söyləyirlər. Hətta onlardan biri oğlunun burada öldürüldüyündən deyir. Azmi isə bir zikr edərək "Mən Allahıma inanıram" deyir. Pis ruhların imana bir şey etməyəcəyini bildirir. Azmi Qraf Drakulanın qəsrinə getmək üçün oteldəki kişi vəzifəli ilə danışır. Bu adam burada bir dənə maşın olduğunu və çox pul verərsə avtomobilin sahibinin, onu Drakulanın qəsrinə qədər aparacağını deyir. Azmi vəzifəliyə bu arabanın sürücünü çağırmasını deyir. Daha sonra sürücü gəlir. Azmi bir az dincəlmək istəsə də, sürücü dərhal Azmini Drakulanın qəsrinə aparmaq istəyir. Çünki sürücü qaranlıqda Drakulanın torpaqlarında yerləşmək istəmir. Lakin Azmi sürücüyə israr edir və sürücü bunu qəbul edir. Azmi dincəldikdən sonra sürücü, onu Drakulanın qəsrinə aparır.
Sürücü Azmini qəsrinin yaxınlığında bir yerdə qoyur. Əzmi buradan bir atlı alır. Azmi Drakulanın qəsrinə çatanda, qapıda Qraf Drakula var. Azmi içəri keçir. Azmi paltarını dəyişdirib dincəldikdən sonra Drakula ilə danışır. Drakulaya ətrafdakı insanların nə üçün bu əraziyə gəlmək istəmədiklərini soruşur. Drakula isə özünün III Vlad nəslindən gəldiyini, buna görə də xalqın özünü, əcdadlarını, III Vlad kimi zalım hesab etdiyini deyir. Azmi qəsrinin içində gedərkən Drakulanın nökərinə rast gəlir. Azmi yenidən Drakula ilə danışdığı bir anda səhvən öz əlinə qələm batırır və əli qan sızır. Qraf Drakula Azminin qanını içməmək üçün özünü çox çətinliklə tutur.
Azmi, Drakulanın qəsrində gedərkən qəsrinin gizli yerlərinə doğru yola çıxır. Bir otağa girir. Bu otaqda onu yuxu aparır. Drakulanın bir gəlini Azminin yanına gəlib onun qanını içir. Drakula isə otağa girib, bunu görəndə gəlinə acıqlanar. Çünki Drakulaya görə Azmi özünə aiddir. Azmi oyananda isə bu haqda məlumatı olmur və otağına qayıdır. Yatacağı zaman Drakulanın gəlinini döydüyünü eşidir. Həmçinin, pəncərə kənarından qəribə səslər gəlir. Ertəsi gün səhər Drakulanın nökəri Azminin yanına gəlir. Azmi onunla söhbət edərkən nökərə siqaranı hədiyyə edir. Azmi yenə də qəsrin içində gedərkən, burada tabutlar görür. Tabutlardan sonuncunu açanda içində Qraf Drakulanı görür. Azmi otaqlardan birinə girir, amma Drakula dərhal onu tapır. Azmi otağa girdiyi anda huşunu itirir. Drakula Azminin qanını udacağı anda xidmətçi otağa girir. Azminin üzərinə sarımsaq ataraq, Drakulanın Azmiyə hücum etməsini əngəlləyir. Amma Drakula nökərə hücum edərək onu öldürür. Bu zaman Azmi ayılır. Drakula kənardan bir səs eşidir və pəncərədən çıxaraq divardan yeriyə-yeriyə aşağı enir.
Bu zaman İstanbulda Azminin sevgilisi Güzin Arsoy (Mina Harker) bir kabaredədir. İşi qurtarandan sonra Azmidən aldığı məktubu oxuyur. İşlədiyi teatrın müdiri, Güzin ilə evlənmək istəyir. Güzin Azmi ilə evli olduğunu da düşünmür. Amma Güzin, həyat yoldaşı Azmini sevir. Drakula bir yükün içində İstanbula gəlmişdir. Drakula özünə qurban olaraq Güzinin dostu Şadanı (Lüsi Vestenra) seçmişdir. Şadan yataqlara düşmüşdür. Drakula onu istədiyi kimi idarə edir. Şadan üçün bir çox həkim tutulsa da, heç bir həkim onun xəstəliyinə dərman tapa bilmədi. Drakula Şadanın yanına gəlib onun qanını içir. Azmi isə bu müddətdə Rumıniyadan böyük çətinliklə qaçmışdır. İstanbulda həkim nəzarətindən keçir. Şadannı sağaltmaq üçün Azmi, Güzin və Şadanın yaxınları vampirlər haqqında məlumatı olan Doktor Resuhi Bəyi (Abraham Van Helsing) taparlar. Bu adam Şadanın ağzına sarımsaq doldurulub, ürəyinə zərbə vuranda öləcəyini söyləyir. Onlar Şadanın məzarına gedirlər. Lakin Şadanın məzarında olmadığını görürlər. Onlar ilk əvvəl Şadanı öldürməyi, sonra da Drakulanı tapıb, öldürməyi planlaşdırırlar.
Drakula, Güzinin evinə girir. Bu zaman Azmi evə gəlir. Drakula yox olur. Qrup heyəti Şadanın məzarına gedən zaman Şadanın hərəkət etdiyini görür. Şadanı bir sarımsaq ilə zərərsizləşdirirlər. Həkim Resuhi Bəyin məsləhəti ilə Şadanın ürəyinə zərbə vuraraq onu öldürürlər. Qrup heyəti ardınca Drakulanın İstanbuldakı evlərinin açarlarını ələ keçirəndə, buralara sarımsaq qoyurlar. Güzin teatrda məşq etdiyi zaman Drakula bura gəlir. Güzinin qanını udacağı zamanda Azmi gəlir. Drakula ilə Azmi döyüşürlər. Azmi Drakulaya sarımsaq atır. Drakula qaçıb bir qəbiristanlığa gizlənir. Azmi də onu təqib edib qəbiristanlığa girir. Burada Drakula bir tabutun içinə gizlənmişdir. Azmi tabutu tapır və tabutun qapağını açaraq Drakulanın ürəyinə zərbə vurub, onu öldürür. Azmi evə qayıdır. Evə qayıdan zaman Azmi Güzinin bütün sarımsaqları atmasını söyləyir.