Draupnir — german-skandinav mifologiyasında sehrli qızıl üzük.
Qnomlar Sidri və Brok tərəfindən Odinə hədiyyə verilmişdir. Əfsanələrə görə, bu üzük öz sahibinə hər doqquzuncu gecə eynən özü kimi daha səkkiz qızıl üzük gətirirdi. Lakin, həmin üzüklər sehrli deyildilər. Bu üzükləri kəmərinə bağlayan şəxsə heç kim güc gələ bilmir. Bu üzük Sidrinin Loki ilə mübahisədə qalib gəlmək üçün hazırladığı ilk məmulatdır. Belə bir fərziyyə var ki, səkkiz üzük Foqarmanın (Toqorma) Qafqaza dairəvi müdafiə xətti yaratmaq üçün göndərdiyi səkkiz oğluna eyhamdır.
Odin bu üzüyü öz oğlu Baldra, o isə öz növbəsində onu Hermoda vermişdir. Üzüyü Hermoda verməkdə məqsəd onun Helheymdə olmasını sübut etmək idi.