Drava çayı | |
---|---|
Ölkə | |
Mənsəbi | Dunay |
Uzunluğu |
|
Su sərfi | 620 m³/s |
Hövzəsinin sahəsi | 40.400 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Drava çayı[1]— Mərkəzi Avropada Dunay çayının qoludur.
Çayın uzunluğu 710 km[2], mənbəyini İtaliya sərhədlərində olan dağlardan götürür və ardıcıl olaraq Avstriya, şimali Sloveniya və Xorvatiya ərazilərindən axır. Uzunluğuna görə Tisza, Sava, Prut, Mureş və ola bilər ki, Siret çaylarından sonra Dunay çayının beşinci və ya altıncı çayıdır. Çayın mənbəyi İtaliyada Cənubi Tyrol əyalətinin Puster vadisində bazar şəhəri olan İnniçen (San Kandido) şəhərinin yaxınlığında yerləşir. Drava çayı şərqə Avstriyada Şərqi Tirol və Karintiadan Sloveniyanın Stryria regionuna doğru axır. Daha sonra cənub-şərqə doğru dönərək Xorvatiyaya keçir və əsas qolu olan Mur çayı ilə birləşdikdən sonra Dunay çayına qovuşmadan Osijek yaxınlığında Xorvatiya və Macarıstan sərhədinin böyük hissəsini yaradır (95 km).